Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-501/2024 04.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə GALAXY –QONAQ-VİTRİN- 2QAPİLİ üçün 105,82 manat ödənilməmiş hissə, 10,18 manat cərimə borcu olmaqla, cəmi 116 manat məbləğində borc ,xx.xx.2022-ci il tarixli müqavilə üzrə MATRAS, CİVİL-BEŞİK üçün 99,43 manat ödənilməmiş hissə, 9,57 məbləğində cərimə borcun olmaqla, cəmi 109 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli muqavilə üzrə PALTARYUYAN LG üçün 15,99 manat ödənilməmiş hissə, 1.01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17 manat məbləğində borcu, ümumilikdə 242 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il müqavilə üzrə GALAXY–QONAQ-VİTRİN- 2QAPİLİ, xx.xx.2022-ci il müqavilə üzrə MATRAS, CİVİL–BEŞİK xx.xx.2022-ci il tarixli müqavilə üzrə PALTARYUYAN LG almış və nəticədə 242 manat borc yaranmışdır. Cavabdeh 11,01.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci tarixli müqavilələrin şərtlərini pozmuş və nəticədə 11,01.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 748,65 manat (23 ay x 32,55 manat + 0 manat ilkin ödəniş) olan , GALAXY –QONAQ-VİTRİN- 2QAPİLİ, “üçün ümumilikdə, 116 manat olmaqla, ondan 105,82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,18 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 717,12 manat (24 ay 29,88 manat + 0 manat ilkin ödəniş) olan MATRAS, CİVİL – BEŞİK üçün ümumillikdə 109 manat olmaqla, 99,43 manat ödənilməmiş hissə, 9,57 manat cərimə pulu, xx.xx.2022-ci tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1321,92 manat( 18 at 73,44 manat + 0 manat ikin ödəniş) olan PALTARYUYAN LG üçün ümumillikdə 17 manat olmaqla, 15,99 manat ödənilməmiş hissə, 1,01 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2566,45 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 10,06,2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilosə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 748,65 manat olan GALAXY –QONAQ-VİTRİN- 2QAPİLİ, xx.xx.2002-ci il tarixli müqavilə üzrə MATRAS, CİVİL –BEŞİK, xx.xx.2022-ci il tarixli müqavilə üzrə PALTARYUYAN LG-ni cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 32,55 manat olmaqla, 23 ay müddətinə, xx.xx.2002-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 29,88 manat olmaqla 24 ay müddətinə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 73,44 manat olmaqla, 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2566,45 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 105,82 manat ödənilməmiş hissə, 10,18 manat cərimə borcu olmaqla, cəmi 116 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 99,43 manat ödənilməmiş hissə, 9,57 manat cərimə borcu olmaqla, cəmi 109 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 15,99 manat ödənilməmiş hissə, 1,01 manat cərimə borcu olmaqla, cəmi 242 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddia təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 105,82 manat ödənilməmiş hissə, 10,18 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 99,43 manat ödənilməmiş hissə, 9,57 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 15,99 manat ödənilməmiş hissə, 1,01 manat cərimə borcu olmaqla, cəmi 242 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 105,82 manat ödənilməmiş hissə, 10,18 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 99,43 manat ödənilməmiş hissə, 9,57 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 15,99 manat ödənilməmiş hissə, 1,01 manat cərimə borcu olmaqla, cəmi 242 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-501/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-501/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver