Məhkəmə qərarları › İş №e-2(034)-536/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-536/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-536/2024 09.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmməbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, imei kodu **********94508 olan “XİAOMİ REDMİ 9” markalı telefon üçün 178.3 manat ödənilməmiş hissə, 17.7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, imei kodu **********74813olan “XİAOMİ REDMİ NOTE 9S” markalı telefon üçün, 483.61 manat ödənilməmiş hissə, 48.39 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən “XİAOMİ Mİ LED TV” üçün 963.8 manat ödənilməmiş hissə, 96.2 manat cərimə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, imei kodu **********04769 olan “XİAOMİ REDMİ 9C” markalı telefon üçün 405.25 manat ödənilməmiş hissə, 40.75 manat cərimə borcu olmaqla, cəmi 2234 manat məbləğində borc, 42.34 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, imei kodu **********94508 olan “XİAOMİ REDMİ 9” markalı telefon, imei kodu **********74813 olan “XİAOMİ REDMİ NOTE 9S” markalı telefon, “XİAOMİ Mİ LED TV” imei kodu **********04769 olan “XİAOMİ REDMİ 9C” markalı telefon almış və nəticədə 2234 borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 434.4 manat (23 ay x 18.1 manat+18.1 manat ilkin ödəniş) əsasən imei kodu **********94508 olan “XİAOMİ REDMİ 9” markalı telefon üçün ümumilikdə 196 manat olmaqla, ondan 178.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 654.84 manat (33 ay x 19.26 manat + 19.26 manat ilkin ödəniş) olan imei kodu **********74813 olan “XİAOMİ REDMİ NOTE 9S” markalı telefon üçün ümumilikdə, 532 manat olmaqla, ondan 483.61 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.39 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən alqı-satqı qiyməti 1209.6 manat (35 ay x 33.6 manat + 33.6 manat ilkin ödəniş) olan XİAOMİ Mİ LED TVüçün ümumilikdə, 1060 (min altmış) manat olmaqla ondan, 963.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96.2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 526.68 manat (35 ay x 14.63 manat + 14.63 manat ilkin ödəniş) imei kodu **********04769 olan “XİAOMİ REDMİ 9C” markalı telefon üçün ümumilikdə 446 manat olmaqla, ondan 405.25 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.75 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən son ödəniş tarixi xx.xx.2022-ci ildir. xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən son ödəniş tarixi xx.xx.2023-ci ildir. xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən son ödəniş tarixi xx.xx.2023-ci ildir. xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən son ödəniş tarixi xx.xx.2022-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 794.56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmaını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehdən dörd müqavilə üzrə cəmi 2030 manat məbləğində pul tələb edirlər. Əsas borcdan 794 manat 50 qəpik ödənilmiş, cavabdehin 2030 manat 96 qəpik borcu qalmışdır.Cavabdeh dəfələrlə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıqlar göndərilsə də,cavabdeh borcunu ödəməkdən yayınmışdır.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, oğlu xəstə olduğu üçün ödənişi o, etmişdir. Sonra bir müddət ödəniş edə bilmədiyi üçün cərimə borcu yaranmışdır. Hər ay 50 manat ödəniş etmişdir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən cərimələrin silinməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 434.4 manat olan, İmei kod **********94508 XİAOMİ REDMİ 9 markalı telefonu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 654.84 manat olan, İmei kod **********74813 XİAOMİ REDMİ NOTE 9S markalı telefonu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 1209.6 manat olan XİAOMİ Mİ LED TV-ni, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 526.68 manat olan, İmei kod **********04769 XİAOMİ REDMİ 9C markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən üzrə ilkin ödəniş 18.1 manat olaraq, hər ayın ödəniş haqqı 18.1 manat olmaqla 23 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, ilkin ödəniş 19.26 manat olaraq, hər ayın ödəniş haqqı 19.26 manat olmaqla 33 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, ilkin ödəniş 33.6 manat olaraq, hər ayın ödəniş haqqı 33.6 manat olmaqla, 35 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, ilkin ödəniş 14.63 manat olaraq, hər ayın ödəniş haqqı 14.63 manat olmaqla 35 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 794.56 manat təşkil edir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilərə əsasən cəmi 2234 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən alqı-satqı qiyməti 434.4 manat (23 ay x 18.1 manat + 18.1 manat ilkin ödəniş) əsasən İmei kod **********94508 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 196 manat olmaqla ondan, 178.3 (yüz yetmiş səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.7 (on yeddi manat yetmiş qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən alqı-satqı qiyməti 526.68 (be yüz iyirmi altı manat altmış qəpik) manat (35 ay x 14.63 manat + 14.63 manat ilkin ödəniş) olan İmei kod **********04769 XİAOMİ REDMİ 9C markalı telefon üçün ümumilikdə, 446 (dörd yüz qırx altı) manat olmaqla ondan, 405.25 (dörd yüz beş manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.75 (qırx manat yetmiş beş qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən alqı-satqı qiyməti 654.84 (altı yüz əlli dörd manat səksən dörd qəpik) manat (33 ay x 19.26 manat + 19.26 manat ilkin ödəniş) olan İmei kod **********74813 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün ümumilikdə, 532 (beş yüz otuz iki) manat olmaqla ondan, 483.61 (dörd yüz səksən üç manat altmış bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.39 (qırx səkkiz manat otuz doqquz qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən alqısatqı qiyməti 1209.6 (min iki yüz doqquz manat altmış qəpik) manat (35 ay x 33.6 manat + 33.6 manat ilkin ödəniş) olan XİAOMİ Mİ LED TV üçün ümumilikdə, 1060 (min altmış) manat olmaqla ondan, 963.8 (doqquz yüz lamtış üç manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96.2 (doxsan altı mnat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 2234 manat borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə cəmi ödədiyi məbləğ 794.56 manat təşkil edir. Məhkəmə araşdırması zamanı cavabbdeh iddia tələbini qəbul etmiş, hər ay 50 manat olmaqla ödənişlər eştmiş, lakin sonradan xəstə olduğu üçün ödənişlər edə bilməmişdir. Hazırda iddiaçı cavabdehdən müqavilələrlə üzrə ödənilməmiş borcun ödənilməsini tələb edir. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavəyə əsasən 17.7 manat cərimə pulunun ödənilməsi, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavəyə əsasən 48.39 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavəyə əsasən 96.2 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavəyə əsasən 40.75 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-ti xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavəyə əsasən ödənilməmiş 178.3 manat məbləğində borc üçün tələb etdiyi 17.7 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavəyə əsasən ödənilməmiş 483.61 manat məbləğində borc üçün tələb etdiyi 48.39 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavəyə əsasən ödənilməmiş 963.8 manat məbləğində borc üçün tələb etdiyi 96.2 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavəyə əsasən ödənilməmiş 405.25 manat məbləğində borc üçün tələb etdiyi 40.75 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavə üzrə 17.7 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində, xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavə üzrə 48.39 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində, xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavə üzrə 96.2 manat dəbbə pulu azaldılaraq, 40 manat məbləğində, xx.xx.2020-ci il tarixində müqaviləyə 01 saylı əlavə üzrə 40.75 manat dəbbə pulu azaldılaraq, 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 178.3 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 483.61 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 963.8 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 405.25 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 2100.96 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 42.34 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 42.34 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 178.3 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 483.61 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 963.8 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 405.25 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 2100.96 manat məbləğində borc və ödənilmiş 42.34 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar