Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-579/2023 14.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, «Philips» ütü feni üçün 89.9 manat ödənilməmiş hissə, 8.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «Samsung» paltaryuyan üçün 1011.88 manat ödənilməmiş hissə, 101.12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, «Headphones JBL T600 BT Black” markalı qulaqlıq, «X1” markalı qulaqlıq, İmei kodu **********390582 olan «Samsung Galaxy A52» markalı telefon üçün 556.4 manat ödənilməmiş hissə, 55.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********90582 olan «Samsung Galaxy A12» markalı telefon üçün 179.05 manat ödənilməmiş hissə, 17.95 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, "xxxx" üçün 376.4 manat ödənilməmiş hissə, 37.6 manat cərimə borcu olmaqla, cəmi 2434 manat məbləğində borc və 44.34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələlərə əsasən «Philips» ütü feni, “Samsung» paltaryuyan, «Headphones JBL T600 BT Black” markalı qulaqlıq, «X1” markalı qulaqlıq, İmei kodu **********390582 olan «Samsung Galaxy A52» markalı telefon, İmei kodu **********90582 olan «Samsung Galaxy A12» markalı telefon almış və nəticədə 2434 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 126.9 manat (yəni 18 ay x 7.05 manat + 0 manat ilkin ödəniş) «Philips» ütü fen üçün ümumilikdə 98 manat olmaqla, ondan 89.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.1 manat cərimə borcu yaranmışdır.xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1904.88 manat (24 ay x 79.37 manat + 0 manat ilkin ödəniş) “Samsung» paltaryuyan üçün ümumilikdə, 1113 manat olmaqla, ondan 1011.88 manat ödənilməmiş hissə, güzəşt olunaraq 101.12 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1436.4 manat (yəni 18 ay x 79.8 manat + 0 manat ilkin ödəniş) «Headphones JBL T600 BT Black” markalı qulaqlıq, «X1” markalı qulaqlıq, İmei kodu **********390582 olan «Samsung Galaxy A52» markalı telefon, üçün ümumilikdə, 612 manat olmaqla, ondan 556.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55.6 manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 545.4 manat (yəni 18 ay x 30.3 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********90582 olan «Samsung Galaxy A12» markalı telefon, üçün ümumilikdə 197 manat olmaqla, ondan 179.05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.95 manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 574.2 manat (yəni 18 ay x 31.9 manat + 0 manat ilkin ödəniş) "xxxx" üçün ümumilikdə 414 manat olmaqla, ondan 376.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.6 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2374.15 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il,xx.xx.2021-ci il,xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 126.9 manat olan «Philips» ütü feni, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1904.88 manat olan «Samsung» paltaryuyanı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1436.4 manat olan «Headphones JBL T600 BT Black” markalı qulaqlığı, «Huawei Rreebuds 4i Black” markalı qulaqlığı, İmei kodu **********390582 olan «Samsung Galaxy A52» markalı telefonu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 545.4 manat, İmei kodu **********90582 olan «Samsung Galaxy A12» markalı telefonu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 574.2 manat olan "xxxx" cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 7.05 manat olmaqla 18 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 79.37 manat olmaqla 24 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 79.8 manat olmaqla 18 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 30.3 manat olmaqla 18 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 31.9 manat olmaqla 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2374.15 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, 89.9 manat ödənilməmiş hissə, 8.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1011.88 manat ödənilməmiş hissə, 101.12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 556.4 manat ödənilməmiş hissə, 55.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 179.05 manat ödənilməmiş hissə, 17.95 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 376.4 manat ödənilməmiş hissə, 37.6 manat cərimə borcu olmaqla, cəmi 2434 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 8.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 101.12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 55.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 17.95 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 37.6 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2021-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 89.9 manat məbləğində borc üçün tələb etdiyi 8.1 manat məbləğində cərimə,xx.xx.2021-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 1011.8 manat məbləğində borc üçün tələb etdiyi 101.12 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 556.4 manat məbləğində borc üçün tələb etdiyi 55.6 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 179.05 manat məbləğində borc üçün tələb etdiyi 17.95 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 376.4 manat məbləğində borc üçün tələb etdiyi 37.6 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMCnin tələb etdiyi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 8.1 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 101.12 manat dəbbə pulu azaldılaraq 50 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 55.6 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 17.95 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37.6 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 89.9 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1011.88 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 556.4 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 179.05 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 376.4 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 2293,63 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 44.34 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 44.34 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 89.9 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1011.88 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 556.4 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 179.05 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 376.4 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 2293,63 manat məbləğində borc və ödənilmiş 44.34 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-579/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-579/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver