Məhkəmə qərarları › İş №e-2(034)-6/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-6/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-6/2023 14.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2 177.50 manat sığorta ödənişinin, ödənilmiş 41.77 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** UX *** dövlət qeydiyyat nişanlı «Hyundai H1» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PE *** dövlət qeydiyyat nişanlı «Toyota Corolla» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PE *** dövlət qeydiyyat nişanlı «Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3853,82 manat müəyyən edilmişdir. Nəqliyyat vasitəsi təmir olunduğu halda isə ƏDV (18 faiz) 693,69 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 4447,50 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra məlum olmuşdur ki, zərərvuran şəxsin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 2.270,00 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 2 177,50 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişlər. Lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Sonda məhkəmədən iddianın təmin olunması xahiş olunur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məzuniyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, idarə etməni itirib qarşıdakı avtomobilə dəymiş, onun sığortası hər iki avtomobili ödəmişdir. Onun vurduğu avtomobilə 2600 manat ödənilmiş, yəni zərər ödənilmişdir. Vurduğu maşın qarşısındakı maşına dəymiş, həmin maşına da 2200 manat ödənilmişdir. İddiaçı tərəfindən qiymət şişirdilmişdir. İkinci maşının xərci birinci maşından necə çox çıxa bilər. 12 illik maşındır. Məzənnəyə uyğun hesablanmasını istəyir. Nə qədər hesablansada o qiymətə çıxa bilməz. Usta xərci, detallar, karobka hamısı şişirdilib yazılmışdır. Bu günkü gün bazar məzənnəsi var. Birinci vurduğu maşın «Toyota Pirus» olmuşdur. Buna dəyən zərər 2600 manat pul olmuş, bunu da sığorta şirkəti ödəmişdir. «Toyota Pirus» qabaq maşına dəymiş, 4500 manat pul çıxarmışlar. Harda görünüb ki, detal 500 manat yox, 1000 manata kraska edirlər. Çox baha qiymətə yazılmış məbləğdir, imkanı yoxdur. Onun xəbəri olmadan, o, iştirak etmədən maşını düzəltmişlər. Onun vurduğu maşına 2600 manat zərər dəymişdir. Onuda sığorta ödəmişdir. Mən vurduğu maşına 4500 manat çıxarmışlar. Yazılan məbləğlə razı deyildir, çox artıq yazılmışdır. Maşında iki detalı dəyişməyə 1100 manat pul yazmışlar. Bazarda bufer 350 manatdır, bunlar 500 manat yazmışlar. Dəmir işini 700 manata yazmışlar. Yazılan 4400 manatın yarsını, 2200 manatı sığorta ödəmişdir. Detallara artıq qiymət yazılmışdır. Sonda cavabdeh məhkəmədən ödənişin çox yazılmasını, ödəyə bilməyəcəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" tərəfindən cavabdehə ünvanlanmış məktubun məzmunundan görünür ki, zərərvuran şəxsin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 2.270,00 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 2 177,50 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş edilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, 4547.50 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Avtonəqliyyat Vasitələrinin tam Sığortası Şəhadətnaməsindən görünür ki, «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində 15.500 manat məbləğində tam sığorta olunmuşdur. İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius» markalı ** TY *** nömrəli nəqliyyat vasitəsinin sahibi X2r. İş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci madəsi ilə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat arayışından görünür ki, «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 4547.50 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş LF 43 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 1531,0 manat (ehtiyyat hissələri) +1400,0 (təmir xərci) olmaqla, cəmi 2931,0 manat təşkil etmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/2224 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4009,0 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. MM-nın 1099-ci maddəsinin ələblərinə əsasən, Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi ** UX *** dövlət qeydiyyat nişanlı «Hyundai H1» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PE *** dövlət qeydiyyat nişanlı «Toyota Corolla» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci madəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qusur aktına əsasən «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 4447,50 manat məbləğində xərc müəyyən olmuşdur. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanması nəzərə alınaraq, sığortaçı tərəfindən 2.270,00 manat məbləğində sığorta ödənişı həyata keçirilmişdir. İddiaçı yerdə qalan 2177,50 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun bank hesabına ödənilməsini tələb edir. Mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması "xxxx" hüquq və qiymətləndirmə şirkətinə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 1531 manat extiyat xissələri və 1400 manat təmir xərcləri olmaqla, cəmi 2931 manat müəyyən edilmişdir. Lakin hadisə baş verdiyi zaman tərtib olunmuş qusur aktı ilə "xxxx" MMC-nin qiymətləndirmə aktı arasında xeyli ziddiyyət olduğundan təkrar ekspertizasının təyin olunması qərara alınmışdır.Əkspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mülki iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/2224 nömrəli rəyinə əsasən isə nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4009,0 manat müəyyən edilmişdir.Məhkəmə hesab edir ki, «Toyota Corolla» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci olan 4009 manatdan sığorta aktına əsasən 100 manat azadolma məbləği və 2270 manat sığorta ödənişi çıxılmaqla,qalan 1639 (4009,0-100-2270=1639) manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 1639 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı “Paşa Sığorta» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 41.77 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 41.77 manat dövlət rüsumu, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa 50 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq Dövlət Büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1639 (bir min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi və ödənilmiş 41.77 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar