Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-636/2022 06.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiqinə dair» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiqinə dair» ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin nikahın pozulması hissəsində təsdiq edilməsi və Ərizəçi ilə Maraqlı şəxs arasında 05 iyun 2000-ci il tarixdə Zəngilan rayon Qeydiyyat Şöbəsində 64 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə xx.xx.2000-ci il tarixdə birgə nikaha daxil olmuş və nikahları Zəngilan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Rəsmi nikahları bağlandıqdan sonra cavabdeh ilə bir yerdə olmaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından 01 yanvar 2015-ci il tarixdə X2 anadan olmuşdur. Tərəflərin münasibətləri bir müddət yaxşı olsa da, sonralar cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Tərəflər faktiki olaraq bir yerdə yaşamırlar. Hazırda cavabdeh ilə ailə münasibətlərini bərpa etmək qeyri-mümkündür, aralarında olan nikah formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpa edilməsi və ər -arvad kimi birgə yaşamaqları mümkün deyildir. Cavabdeh məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş, uşağın onun yanında qalması və aliment tələbi üzrə aralarında barışıq sazişi bağlanaraq icra olunmuşdur. Ancaq nikahın pozulması faktının qeydiyyat şöbələrində rəsmiləşdirilməsi, yalnız məhkəmə qərarı ilə mümükün olduğundan məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Aliment ödənilir. Sonda ərizəçinin nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayənləsi-vəkilinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlaması haqqında arayışdan aydın olur tərəflər arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmış və bu barədə Zəngilan rayon Qeydiyyat şöbəsində akt qeydəri kitabında 64 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/2-01392 nömrəli barışıq sazişinin məzmunudan görünür ki, Ərizəçi tərəflər arasında nikahın davam etdirilməsi, uşağın ananın yanıda saxlanması, alimentin müəyyən edilməsi tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Barışıq sazişinin şərtlərinə görə Ərizəçi və Maraqlı şəxs Zəngilan rayon Qeydiyyat şöbəsində xx.xx.2000-ci il tarixdə bağlanmış, 64 nömrəli akt qeydi tərtib edilmiş nikahın pozulmasına razılaşırlar və buna görə birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 anası Maraqlı şəxs yanında qalsın. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il təvəllüdlü X1 Maraqlı şəxs xeyrinə ödənilsin. Aliment bu Saziş imzalandığı gündən hesablansın. Aliment məbləği Maraqlı şəxs müvafiq bank hesabına ödənilsin. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq işçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya sislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum an və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hərhansı davranış və ya münasibətə yol verməyəcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, iddiaçı Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikahın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/2-01392 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2000-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 64 saylı nikah qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-636/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-636/2022
06.10.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver