Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-680/2024 29.11.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SAMSUNG CHARGER, imei kodu **********13131 olan SAMSUNG GALAXY A53 markalı telefon üçün 381.58 manat ödənilməmiş hissə, 38.42 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİNİ SOBA BEKO üçün 326.8 manat ödənilməmiş hissə, 32.2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TİKİŞ MAŞİNİ JANOME ARTSTYLE üçün 285.52 manat ödənilməmiş hissə, 28.48 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İZQARA TEFAL üçün 178.48 manat ödənilməmiş hissə, 17.52 manat cərimə borcu olmaqla, ümumillikdə 1289 manat məbləğində borc və 32.89 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilərə əsasən, SAMSUNG CHARGER, İmei kodu **********13131 olan SAMSUNG GALAXY A53 markalı telefon, MİNİ SOBA BEKO, TİKİŞ MAŞİNİ JANOME ARTSTYLE, İZQARA TEFAL almış və nəticədə 1289 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1474.38 manat (yəni 18 ay x 81.91 manat +0 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER, İmei kodu **********13131 olan SAMSUNG GALAXY A53 markalı telefon üçün ümumilikdə, 420 manat olmaqla, ondan 381.58 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.42 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat(yəni 18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan MİNİ SOBA BEKO üçün ümumillikdə, 359 manat olmaqla, ondan 326.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 448.02 manat(yəni 18 ay x 24.89 manat + 0 manat ilkin ödəniş) olan TİKİŞ MAŞİNİ JANOME ARTSTYLE üçün ümumillikdə, 314 manat olmaqla, ondan 285.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.48 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 280.08 manat(yəni 18 ay x15.56 manat + 0 manat ilkin ödəniş) olan İZQARA TEFAL üçün ümumillikdə, 196 manat olmaqla, ondan 178.48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.52 manat cərimə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1534.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi. bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1474.38 manat olan SAMSUNG CHARGER, imei kodu **********13131 olan SAMSUNG GALAXY A53 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 manat olan MİNİ SOBA BEKO avadanlığını, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448.02 manat olan TİKİŞ MAŞİNİ JANOME ARTSTYLE avadanlığını, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 280.08 manat olan İZQARA TEFAL avadanlığını cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 81.91 manat olmaqla 18 ay müddətinə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 28 manat olmaqla 18 ay müddətinə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 24.89 manat olmaqla 18 ay müddətinə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 15.56 manat olmaqla 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1534.1 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 381.58 manat ödənilməmiş hissə, 38.42 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 326.8 manat ödənilməmiş hissə, 32.2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 285.52 manat ödənilməmiş hissə, 28.48 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 178.48 manat ödənilməmiş hissə, 17.52 manat cərimə borc olmaqla, ümumillikdə 1289 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 38.42 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 32.2 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.48 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 17.52 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-ti xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 381.58 manat məbləğində borc üçün tələb etdiyi 38.42 manat məbləğində cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən müvafiq olaraq 326.8 manat üçün tələb etdiyi 32.2 manat cərimə borcu, 285.52 manat üçün tələb etdiyi 28.48 manat cərimə borcu və 178.48 manat məbləğində borc üçün tələb etdiyi 17.52 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2022-ci il tarixli müqavilə üzrə 38.42 manat dəbbə pulu azaldılaraq, 20 manat, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən müvafiq olaraq 32.2 manat cərimə borcu azaldılaraq 20 manat, 28.48 manat cərimə borcu azaldılaraq 15 manat və 17.52 manat cərimə borcu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 381.58 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 326.8 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 285.52 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 178.48 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1237.38 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 32.89 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32.89 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 381.58 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 326.8 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 285.52 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 178.48 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 1237.38 manat məbləğində borc və ödənilmiş 32.89 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti(«Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-680/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-680/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver