Məhkəmə qərarları › İş №e-2(034)-686/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-686/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-686/2024 02.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Y20K5896334 nömrəli, 31 avqust 2020-ci il tarixli müqavilə üzrə 109 manat əsas, 33 manat cərimə pulu, Y20K6009469 nömrəli, 08 fevral 2021-ci il tarixli müqavilə üzrə 185 manat əsas, 56 manat cərimə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 413 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 avqust 2020-ci il və 08 fevral 2021-ci il tarixlərində Cavabdeh ilə aralarında Y20K5896334 nömrəli və Y20K6009469 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır.Müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5896334 nömrəli müqavilə üzrə 402 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A11” markalı telefon cavabdehə hissə-hissə ödənişlə satmaq öhdəiyini öz üzərinə götürmüşdür. Y20K6009469 nömrəli müqavilə üzrə 370 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A11” markalı telefon cavabdehə hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür.Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən cavabdeh Y20K5896334 nömrəli müqavilə üzrə 30 manat ilkin ödəniş olmaqla, qalan 372 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 31 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəiyini öz üzərinə götürmüşdür.Cavabdeh Y20K6009469 nömrəli müqavilə üzrə 10 manat ilkin ödəniş olmaqla, qalan 360 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 30 manat olmaqla, hər ayın 07-dək ödəömək öhdəiyini öz üzərinə götürmüşdür.Müqavilənin 2.4-cü maddəsinə əsasən cavabdeh ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir.Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir.Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir.Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra edilməmiş və nəticədə Y20K5896334 nömrəli müqavilə üzrə 109 manat əsas, 33 manat cərimə pulu olmaqla, 142 manat və Y20K6009469 nömrəli müqavilə üzrə 185 manat əsas, 56 manat dəbbə pulu olmaqla, 241 manat borcu yaranmışdır.Cavabdeh tərəfindən Y20K5896334 nömrəli, 31 avqust 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022ci il tarixində 5 manat ödəniş və Y20K6009469 nömrəli, 08 fevral 2021-ci il müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5 manat ödəniş edilmişdir.Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 31 avqust 2020-ci il və 08 fevral 2021-ci il tarixlərində Y20K5896334 nömrəli və Y20K6009469 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı 31 avqust 2020-ci il tarixli Y20K5896334 nömrəli müqaviləsinə əsasən 402 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A11” markalı telefonu və 08 fevral 2021-ci il tarixli Y20K6009469 nömrəli müqaviləsinə əsasən 370 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A11” markalı telefonu cavabdehə satmaq öhdəliyini öz üzərinə götürmüşdür.Cavabdeh 31 avqust 2020ci il tarixli Y20K5896334 nömrəli müqaviləsinə əsasən ilkin ödəniş 30 manat olmaqla, hər ayın ödəniş məbləği 31 manat olmaqla, 12 ay müddətinə hər ayın 30-dək hissə-hissə ödəməyi və 8 fevral 2021-ci il tarixli Y20K6009469 nömrəli müqaviləsinə əsasən ilkin ödəniş 10 manat olmaqla, hər ayın ödəniş məbləği 30 manat olmaqla, 12 ay müddətinə hər ayın 7-dək hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür. Satıcı tərəfindən üzərinə götürülmüş öhdəlik tam yerinə yetirilsə də, alıcı Cavabdeh tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 31 avqust 2020-ci il tarixli Y20K5896334 nömrəli müqavilə üzrə 109 manat əsas borc, 33 manat cərimə borcu, 08 fevral 2021-ci il tarixli Y20K6009469 nömrəli müqavilə üzrə 185 manat əsas borc, 56 manat cərimə borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən iddiaçının bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 31 avqust 2020-ci il tarixli Y20K5896334 nömrəli müqavilə üzrə 109 manat əsas borc, 33 manat cərimə borcu, 08 fevral 2021-ci il tarixli Y20K6009469 nömrəli müqavilə üzrə 185 manat əsas borc, 56 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı tərəfindən irəli sürülən 31 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 33 manat cərimə pulunun və 08 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 56 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı 31 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 109 manat məbləğində borc üçün tələb etdiyi 33 manat və 08 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 185 manat məbləğində borc üçün tələb etdiyi 56 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 31 avqust 2020-ci il tarixli müqavilə üzrə 33 manat dəbbə pulu azaldılaraq, 10 məbləğində və 08 fevral 2021-ci il tarixli müqavilə üzrə 56 manat dəbbə pulu azaldılaraq, 15 məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 31 avqust 2020-ci il tarixli Y20K5896334 nömrəli müqavilə 109 manat əsas borc və 10 manat cərimə borcu, 08 fevral 2021-ci il tarixli Y20K6009469 nömrəli müqavilə üzrə 185 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, cəmi 319 manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233 və 360-cı maddələrinə rəhbər tutaraq, Qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 31 avqust 2020-ci il tarixli Y20K5896334 nömrəli müqaviləyə əsasən 109 manat əsas borc və 10 manat cərimə borcu, 08 fevral 2021-ci il tarixli Y20K6009469 nömrəli müqaviləyə əsasən 185 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, cəmi 319 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar