Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-889/2025 23.01.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış SM 84651 saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsi üzrə yaranmış cəmi 1188.00 manat əsas borc, 198.00 manat cərimə borcu olmaqla, ümumillikdə 1386.00 manat borcun və 33.86 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 84651 saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 4-dən gec olmamaqla, 132.00 manat ödəməyi savabdeh öhdəsinə götürmüşdür.Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur.Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir.Cavabdehin qeydiyyat ünvanına məktub göndərilmişdir.Lakin məktubu çatdırmaq mümkün olmamışdır.Zəngilan Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya verilən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliyinin xx.xx.2025ci il tarixli cavab məktubunda cavabdehin faktiki yaşayış yerinin ünvan 3 ünvanda yaşadığı qeyd edilmişdir.Həmin ünvana da rəsmi olaraq xx.xx.2025-ci il tarixində borc barədə bildiriş məktubu göstərilmişdir. xx.xx.2025-ci il tarixli borca dair arayış və çıxarışdan görünür ki, SM 84651 nömrəli xx.xx.2022-ci il tarixdə nisyə satış müqaviləsi üzrə 500.00 ilkin ödəniş etmiş və 2876.00 manat qalıq borcdan 18 ay ərzində 1188.00 manat ödəniş etmişdir .Beləliklə, 1188.00 manat əsas, 198.00 manat cərimə borcu olmaqla, ümumillikdə 1386.00 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 84651 saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən qiyməti 2876.00 manat olan avadanlığı cavabdehə verməyi öhdəsinə götürmüşdir.Cavabdeh isə avadanlığın qiymətini 500.00 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 132.00 manat olmaqla 18 ay müddətinə hər ayın 04-dən gec olmamaqla, hissə hissə ödəməyi öhdəsinə götürmüşdür İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi, cavabdehin aldığı əşyaya görə MMC-yə xx.xx.2022-ci il tarixli, SM 84651 saylı nisyə satış müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 1188.00 manat əsas, 198.00 manat cərimə borcu olmaqla, cəmi 1386.00 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən SM 84651 saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləyə əsasən 198.00 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləyə əsasən ödənilməmiş 1188.00 manat məbləğində borc üçün tələb etdiyi 198.00 manat məbləğində cərimə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh SM 84651 saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləyə əsasən 1188 manat məbləğində əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 1288 manat məbləğində borc tutularaq iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33.86 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 33.86 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1188 manat məbləğində əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 1288 manat məbləğində borc və ödənilmiş 33.86 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti(«Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-889/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-889/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver