Məhkəmə qərarları › İş №e-2(035)-109/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-109/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-109/2024 12.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair mülki işüzrə (Açar sözlər:Pul tələbi) X1 Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə 12 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1 ədəd ALYANS-PARİS DOLAB və 2 ədəd ALYANS-PARİS TUMBA üçün ödənilməmiş hissəyə görə 946.32 manat, cərimə borcuna görə 94.68 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********99548 olan XİOMİ REDMİ NOTE 11S markalı telefon üçün ödənilməmiş hissə üzrə 402.94 manat, cərimə borcuna görə 40.06 manat, ümümilikdə 1484 manat, ödənilmiş dövlət rüsumuna görə 32.52 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, hissə-hissə hər ay 67.6 manat ödəmək şərti ilə 1622.4 manat dəyərində 1 ədəd ALYANS-PARİS DOLAB və 2 ədəd ALYANS-PARİS TUMBA;- xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə ilkin ödəniş 164.94 manat etmıklə, 12 ay müddətinə, hissə-hissə hər ay 41.25 manat ödəmək şərti ilə 860.4 manat dəyərində İMEİ KOD **********99548 olan XİOMİ REDMİ NOTE 11S markalı telefon satılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 933.08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə təsbit olunmuşöhdəlikləri icra etməmişdir. Ona görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda vəya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan tərəflər arasında bağlanmış 13721799 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə, hissə-hissə hər ay 67.6 manat ödəmək şərti ilə 1622.4 manat dəyərində 1 ədəd ALYANS-PARİS DOLAB və 2 ədəd ALYANS-PARİS TUMBA satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış 02093088 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 164.94 manat etmıklə 12 ay müddətinə, hissəhissə hər ay 41.25 manat ödəmək şərti ilə 659.94 manat dəyərində İMEİ KOD **********99548 olan XİOMİ REDMİ NOTE 11S markalı telefon satılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2023-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1 ədəd ALYANS-PARİS DOLAB və 2 ədəd ALYANS-PARİS TUMBA üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 946.32 manat, cərimə borcuna görə 94.68 manat;-xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD olan XİOMİ REDMİ NOTE 11S markalı telefon üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 716.04 manat, cərimə borcuna görə 71.96 manat, ümümilikdə iki müqavilə üzrə 1252 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılmasıüçün dövlət rüsumuna görə 34.84 manat ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinəəsasən alqı-satqı müqvailəsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmışəşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasənöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinəəsasənöhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, hissə-hissə hər ay 67.6 manat ödəmək şərti ilə 1622.4 manat dəyərində 1 ədəd ALYANS-PARİS DOLAB və 2 ədəd ALYANS-PARİS TUMBA;- xx.xx.2023cü il tarixli müqaviləyə əsasən cavabdehə ilkin ödəniş 164.94 manat etmıklə, 12 ay müddətinə, hissə-hissə hər ay 41.25 manat ödəmək şərti ilə 860.4 manat dəyərində İMEİ KOD **********99548 olan XİOMİ REDMİ NOTE 11S markalı telefon satılmışdır.Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 162.24 AZN və (200%) və 66 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyinə əməl etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, nəticədə onun xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1 ədəd ALYANS-PARİS DOLAB və 2 ədəd ALYANS-PARİS TUMBA üçün ödənilməmiş hissəyə görə 946.32 manat, cərimə borcuna görə 94.68 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********99548 olan XİOMİ REDMİ NOTE 11S markalı telefon üçün ödənilməmiş hissə üzrə 402.94 manat, cərimə borcuna görə 40.06 manat borcu yaranmışdır. Tələb olunsa da borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, təqdim etdiyi sübutlara əsasən yuxarıda sadalanan qaydada öz iddiasınıəsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Tərəflər aralarında bağlanmış 13721799 nömrəli, xx.xx.2022-ci il tarixli və 02093088 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə öz mallarını satsa da, cavabdeh iddiaçıya həmin malların tam dəyərini ödəməmişdir. Ona görə də cavabdehin iddiaçı qarşısında həmin malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. Beləliklə məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 34.84 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 34.84 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh 13721799 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1 ədəd ALYANS-PARİS DOLAB və 2 ədəd ALYANS-PARİS TUMBA üçün ödənilməmiş hissəyə görə 946.32 manat, cərimə borcuna görə 94.68 manat; 02093088 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********99548 olan XİOMİ REDMİ NOTE 11S markalı telefon üçün ödənilməmiş hissə üzrə 402.94 manat, cərimə borcuna görə 40.06 manat, ödənilmiş dövlət rüsumuna görə 34.84 manat, cəmi 1518.84 manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi iləŞəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar