Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-133/2024 09.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçın cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızına qarşı “pul tələbinə dair” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə 09 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 000970 saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 220 manat, cərimə borcuna görə 55 manat; xx.xx.2022ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 110 manat, cərimə borcuna görə 30 manat, ümümilikdə 415 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızından alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 000970 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızına ilkin ödəniş 50 manat olmaqla 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə 420 manat dəyərində olan X6 10 parça; xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləyə əsasən cavabdehə ilikin ödəniş 10 manat etməklə 9 ay müddətinə, hissə-hissə hər ay 15 manat ödəmək şərti ilə 150 manat dəyərində Ət Çəkən ZL 7598 satılmışdır. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli, 000970 saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 220 manat, cərimə borcuna görə 55 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı alqısatqı müqaviləsi üzrə əsas borca görə 110 manat, cərimə borcuna görə 30 manat, cəmi 415 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan tərəflər arasında bağlanmış 000970 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızına ilikin ödəniş 50 manat etməklə 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə 420 manat dəyərində olan X6 10 parça satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızına ilikin ödəniş 50 manat etməklə 9 ay müddətinə, hissə-hissə hər ay 15 manat ödəmək şərti ilə 150 manat dəyərində Ət Çəkən ZL 7598 satılmışdır. İşdə olan İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışılarından görünür ki, cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızının xx.xx.2022-ci il tarixli, 000970 saylı alqı-satqı müqaviləyə əsasən X6 10 parça üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 220 manat, cərimə borcuna görə 55 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləyə əsasən Ət Çəkən ZL 7598 üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 110 manat, cərimə borcuna görə 30 manat, cəmi 415 manat təşkil edir. İşdə olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziyalardan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 30 manat ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 000970 saylı alqı-satqı müqaviləyə əsasən cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızına ilikin ödəniş 50 manat etməklə 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə 420 manat dəyərində olan X6 10 parça; xx.xx.2022-ci il tarixli, ******* saylı alqısatqı müqaviləyə əsasən cavabdehə ilikin ödəniş 50 manat etməklə 9 ay müddətinə, hissə-hissə hər ay 15 manat ödəmək şərti ilə 150 manat dəyərində Ət Çəkən ZL 7598 satılmışdır. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli, 000970 saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 220 manat, cərimə borcuna görə 55 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 110 manat, cərimə borcuna görə 30 manat, cəmi 415 manat məbləğində borcu yaranmışdır. Tələb olunsa da borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, təqdim etdiyi sübutlara əsasən yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Tərəflər aralarında bağlanmış 000970 nömrəli, xx.xx.2024-cü il tarixli və ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə öz mallarını satsa da, cavabdeh iddiaçıya həmin malların tam dəyərini ödəməmişdir. Ona görə də cavabdehin iddiaçı qarşısında həmin malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. Beləliklə məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh Mustafayeva (Kərimova) Tünzalə Mübariz qızından xx.xx.2022-ci il tarixli, 000970 saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 220 manat, cərimə borcuna görə 55 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 110 manat, cərimə borcuna görə 30 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 445 manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-133/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-133/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver