Məhkəmə qərarları › İş №e-2(035)-226/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-226/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-226/2024 18.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə. (Açar sözlər: Pul tələbi) X4 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işi 18 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh BEE000357 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 169 manat, cərimə borcuna görə 25.35 manat, cəmi 194.35 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0.40 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X3 ilə Cavabdeh arasında bağlanmış BEE000357 saylı, xx.xx.2023-cü il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 169 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə fiziki şəxs X3 arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən fiziki şəxs X1 Cavabdeh qarşı olan 169 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı borcunun ödənilməsini gecikdirdiyi halda, gecikdirilimiş hər gün üçün gecikdirilimiş borc məbləğinin 0.5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozmuş, nəticədə onun 169 manat əsas borcu, 25.35 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borcun ödənişi təmin edilməmişdir. Ona görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Lakin, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan fiziki şəxs X3 ilə Cavabdeh arasında bağlanmış BEE000357 saylı, xx.xx.2023-cü il tarixli nisiyə alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan əlavə 1-dən (ödəniş cədvəlindən) görünür ki, cavabdehə 06 ay müddətinə ödəmək şərti ilə 169 manat dəyərində nisiyə mal satılmışdır. İşdə olan İddiaçı QSC ilə X3 arasında bağlanmış R-1714-22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqviləsinin və həmin müqavilənin tərkib hissəsi olan R-17xx/xx-0007 saylı, xx.xx.2023-cü il tarixli Sazişin təsdiq olunmuş surətlərindən görünür ki, fiziki şəxs X1 Cavabdeh qarşı olan 169 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan İddiaçı QSC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BEE000357 saylı, xx.xx.2023-cü il tarixli nisiyə alqısatqı müqaviləsi üzrə əsas borcu 169 manat, cərimə borcu 25.35 manat, cəmi borcu 194.35 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, müqavilə üzrə qalıq bütün borc məbləğinin vaxtından əvvəl alınması və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin məcburi qaydada tutulması tələb ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı QSC iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmışəşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, fiziki şəxs X3 ilə Cavabdeh arasında bağlanmış BEE000357 saylı, xx.xx.2023-cü il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə cavabdehə 06 ay müddətinə qiyməti 169 manat olan mal satılmışdır.Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı borcunun ödənilməsini gecikdirdiyi halda, gecikdirilimiş hər gün üçün gecikdirilimiş borc məbləğinin 0.5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X3 arasında bağlanmış R-1714-22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqviləsinə və həmin müqavilənin tərkib hissəsi olan R-17xx/xx-0007 saylı, xx.xx.2023-cü il tarixli Sazişə əsasən fiziki şəxs X1 Cavabdeh qarşı olan 169 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Cavabdeh müqavilə şərtlərini pozmuş, nəticədə onun BEE000357 saylı, xx.xx.2023-cü il tarixli nisiyə alqı-satqı müqaviləsi üzrə 169 manat əsas borcu, 25.35 manat cərimə, cəmi 194.35 manat borcu yaranmışdır. Tələb olunsa da borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ödədiyi 30 manat məbləğində dövlət rüsumu və xidmət haqqına görə ödədiyi 0.40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh BEE000357 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 169 manat, cərimə borcuna görə 25.35 manat, ödənilmiş dövlət rüsumu görə 30 manat və bank xidmətinə görə 0.40 manat, cəmi 224.75 manat pul alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar