Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-283/2025 11.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə 11 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40357 olan İPHONE 15 PRO MAX markalı telefon üçün ödənilməmiş hissə üzrə 3211.6 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23.6 manat, dəbbə borcuna görə 963.48 manat; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS 3 üçün, ödənilməmiş hissə üzrə 550.8 manat, dəbbə borcuna görə 165.24 manat;xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS 2 ödənilməmiş hissə üzrə 238.8 manat, dəbbə borcuna görə 71.64 manat, cəmi 5225.16 manat və ödənilmiş dövlət rüsumuna görə 72.26 manat pulun Cavabdeh tutularaq "xxxx" MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehə ilkin ödəniş 22 manat etməklə, 18 ay müddətinə, hissə-hissə hər ay 229.49 manat ödəmək şərti ilə, 4133.02 manat dəyərində İMEİ kodu **********40357 olan İPHONE 15 PRO MAX markalı telefon satılmışdır; xx.xx.2024 -cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə, 12 ay müddətinə, hissə-hissə hər ay 45.9 manat ödəmək şərti ilə 550.8 manat dəyərində APPLE AİRPODS 3 satılmışdır; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ilkin ödəniş 21 manat etməklə 12 ay müddətinə, hissə-hissə hər ay 59.83 manat ödəmək şərti ilə 379.98 manat dəyərində APPLE AİRPODS 2 satılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1062..6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024 -cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11225597 saylı alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 22 manat etməklə, 18 ay müddətinə, hissəhissə hər ay 229.49 manat ödəmək şərti ilə, 4133.02 manat dəyərində İMEİ kodu **********40357 olan İPHONE 15 PRO MAX markalı telefon satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02138986 saylı alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, hissə-hissə hər ay 45.9 manat ödəmək şərti ilə 550.8 manat dəyərində APPLE AİRPODS 3 satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03698401 saylı alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehna 12 ay müddətinə, hissə-hissə hər ay 151.49 manat ödəmək şərti ilə 1817.88 manat dəyərində dəyərində İMEİ kodu **********81166 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG CHARGER və VİNİL ŞƏFFAF satılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40357 olan İPHONE 15 PRO MAX markalı telefon üçün ödənilməmiş hissə üzrə 3211.6 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23.6 manat, dəbbə borcuna görə 963.48 manat; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS 3 üçün, ödənilməmiş hissə üzrə 550.8 manat, dəbbə borcuna görə 165.24 manat;xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS 2 ödənilməmiş hissə üzrə 238.8 manat, dəbbə borcuna görə 71.64 manat, cəmi 5225.16 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 72.26 manat ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinəəsasən alqı-satqı müqvailəsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmışəşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasənöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinəəsasənöhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış cavabdehə ilkin ödəniş 22 manat etməklə, 18 ay müddətinə, hissə-hissə hər ay 229.49 manat ödəmək şərti ilə, 4133.02 manat dəyərində İMEİ kodu **********40357 olan İPHONE 15 PRO MAX markalı telefon satılmışdır; xx.xx.2024 -cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə, 12 ay müddətinə, hissə-hissə hər ay 45.9 manat ödəmək şərti ilə 550.8 manat dəyərində APPLE AİRPODS 3 satılmışdır; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ilkin ödəniş 21 manat etməklə 12 ay müddətinə, hissə-hissə hər ay 59.83 manat ödəmək şərti ilə 379.98 manat dəyərində APPLE AİRPODS 2 satılmışdır. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 413.3 AZN və (200%) 55.08 AZN və (200%) 38 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyinə əməl etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, nəticədə onun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40357 olan İPHONE 15 PRO MAX markalı telefon üçün ödənilməmiş hissə üzrə 3211.6 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23.6 manat, dəbbə borcuna görə 963.48 manat; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS 3 üçün, ödənilməmiş hissə üzrə 550.8 manat, dəbbə borcuna görə 165.24 manat;xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS 2 ödənilməmiş hissə üzrə 238.8 manat, dəbbə borcuna görə 71.64 manat, cəmi 5225.16 manat borcu yaranmışdır. Tələb olunsa da borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, təqdim etdiyi sübutlara əsasən yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Tərəflər aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, 11225597 saylı, xx.xx.2024-cü il tarixli, 02138986 saylı və xx.xx.2024-cü il tarixli, 03698401 saylı alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə öz mallarını satsa da, cavabdeh iddiaçıya həmin malların tam dəyərini ödəməmişdir. Ona görə də cavabdehin iddiaçı qarşısında həmin malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azalda bilər. Beləliklə məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdehin aldığı malların razılaşdırılmış dəyərini ödəyə bilmədiyi halda onun əlavə maliyyə sanksiyası ilə yüklənməsini hazırkı maliyyə vəziyyətində məqsədəmüvafiq hesab etməyərək hesab edir ki, iddia tələbi cəriməyə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 72.26 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 72.26 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40357 olan İPHONE 15 PRO MAX markalı telefon üçün ödənilməmiş hissə üzrə 3211.6 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23.6 manat, dəbbə borcuna görə 90 manat; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS 3 üçün, ödənilməmiş hissə üzrə 550.8 manat, dəbbə borcuna görə 20 manat;xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS 2 ödənilməmiş hissə üzrə 238.8 manat, dəbbə borcuna görə 10 manat və ödənilmiş dövlət rüsumuna görə 72.26 manat, cəmi 4217.06 manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-283/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-283/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver