Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-523/2024 03.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 03 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5000 manat məbləğində vurulmuş zərərəin və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində Cavabdeh sərxoş halda idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobillə hərəkətdə olarkən Mollakənd yolunun 3-cü klometirliyində **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” minik markalı avtomobillə, **-SY-*** dövlət qeydiyyat nişanlı “Hundai Satafe” markalı və Mercedes Benz C230 minik markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarrixdə verilmiş 2745 nömrəli qiymətləndirilmə aktına əsasən **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” minik markalı avtomobillə 14360 manat, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarrixdə verilmiş 1400 nömrəli qiymətləndirilmə aktına əsasən **-SY-*** dövlət qeydiyyat nişanlı, “Hundai Satafe” minik markalı avtomobillə 6315 manat, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3464 nömrəli qiymətləndirilmə aktına əsasən **-CE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” minik markalı avtomobillə 170 manat məbləğində ziyan dəymişdir. Zərdab DYPB-nin xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli X3 protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 328.1 və 333.3-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı X3 iş üzrə qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinmişdir. İddiaçı ümumi olaraq zərərçəkmiş şəxslərə 5000 manat məbləğində sığorta ödənişi etmişdir. İddiaçı tərəfindəm cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və iddianın təmin edilıməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçnın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, idarə etdiyi Mercedes Benz E280 Minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab- Mollakənd yolunun 3-cü kilometrliyində hərəkətdə olarkən ondan qarşı tərəfdə hərəkətdə olan nömrəsini xatırlamadığı Mercedes markalı avtomobil yolun sağında olan yol ayrıcına sağa dönmə işıq siqnalını yandırıb sağa dönmək istədiyi üçün həmin avtomobili sol tərəfdən ötüb keçmək istəmiş, lakin, həmin vaxt yol yaş olduğundan və asfalt bir qədər palçıqlı olduğundan ötmə əməliyyatı zamanı idarəetməni itirərək yolun kənarında yerləşən Ehtiram adlı şəxsin çayxanasının qarşısında dayanan avtomobillərlə toqquşmuşdur. Hadisə zamanı həm öz avtomobili, həmdə digər avtomobillərə maddi ziyan dəymişdir. Əməlində cinayət tərkibi olmadığı üçün barəsində Zərdab rayon Polis Şöbəsində aparılan araşdırmanın yekunu olaraq cinayət işinin başlanması rədd olunmuş, lakin, hadisəyə görə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı, 14.06. 2023-cü il tarixli Qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Cavabdehlərə dəymiş ziyanı ödəmişdir. Hesab edir ki, idddiaçıya heç-bir borcu yoxdur. Odur ki, iddianı təmin olunmamasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2022-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Mercedes Benz E280 Minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC sığorta edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı, 14.06. 2023-cü il tarixli X3 Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan "xxxx" ASC-nin Sığorta ödənişlər şöbəsinin kişik mütəxəssisi Sabir Məmmədli tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil bə Təslim Aktın surətindən görünür ki, sığorta ödənişini almaq üçün plastik kartlar və ŞEN zərflər "xxxx" ASC tərəfindən X1 təhvil verildiyi qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncüşəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncüşəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşərait yaratması nəzərə alınmalıdır. 1096.1,1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatı ilə yanaşı, işdə olan X3 qərardan müəyyən olundu ki, 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində Cavabdeh sərxoş halda idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobillə hərəkətdə olarkən Zərdab rayon Zərdab-Mollakənd yolunun 3-cü klometirliyində **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” minik markalı avtomobillə, **-SY-*** dövlət qeydiyyat nişanlı “Hundai Satafe” markalı və Mercedes Benz C230 minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Avtoqəza nəticəsində "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarrixdə verilmiş 2745 nömrəli qiymətləndirilmə aktına əsasən **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” minik markalı avtomobillə 14360 manat, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarrixdə verilmiş 1400 nömrəli qiymətləndirilmə aktına əsasən **-SY-*** dövlət qeydiyyat nişanlı, “Hundai Satafe” minik markalı avtomobillə 6315 manat, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarrixdə verilmiş 3464 nömrəli qiymətləndirilmə aktına əsasən **-CE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” minik markalı avtomobillə 170 manat məbləğində ziyan dəymişdir. Zərdab DYPB-nin xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli X3 protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 328.1 və 333.3cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Zərdab Rayon Məhkəməsinin 3(035)- 306/2023 saylı X3 iş üzrə qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçı ümumi olaraq zərərçəkmiş şəxslərə 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatına və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq, iddiaçının ərizəsinə və cavabdehin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə ümumilikdə 5000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 5000 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 5070 manat pul tutularaq iddiaçı "xxxx" ASC- ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-523/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-523/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver