Məhkəmə qərarları › İş №e-2(035)-704/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-704/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-704/2024 06.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X3 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı "pul tələbinə" dair mülki işə 06 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı MMC cavabdeh X1 qarşı "pul tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, cavabdeh X2 (VÖEN **********) vergi ödəyicisidir və və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir (fəaliyyəti aktivdir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən hakim əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, xx.xx.2021-ci il tarixli, ********* nömrəli, xx.xx.2021-ci il tarixli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzlərə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 82.91 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı MMC-nə qaytarılmalıdır. Həmçinin iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. xx.xx.2021-ci il tarixli, ********* nömrəli, xx.xx.2021-ci il tarixli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzlərə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 82.91 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı MMC-nə qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsan aradan qaldırdıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar