Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-733/2024 10.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********97242 olan SAMSUNG GALAXY S22 ULTURA markalı telefon üçün ödənilməmiş hissə üzrə 868 manat, cərimə borcuna görə 86 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********92506 olan SAMSUNG GALAXY A33 markalı telefon üçün ödənilməmiş hissəüzrə 750..84 manat, cərimə borcuna görə 75.16 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV üçün ödənilməmiş hissə üzrə 378.93 manat, cərimə borcuna görə 37.07 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV, TAVA MORELLİ QRANİT üçün ödənilməmiş hissə üzrə 148.01 manat, cərimə borcuna görə 14.99 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********60974 olan SAMSUNG GALAXY A13 markalı telefon üçün ödənilməmiş hissəüzrə 125 manat, cərimə borcuna görə 12 manat; ümümilikdə 2496 manat, ödənilmiş dövlət rüsumuna görə 44.96 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu ünvan 1dəliyinə məhkəmə bildirişi göndərilərək, məhkəmə bildirişinin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuş, icra nümayəndəliyi tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin ərazidə qeydiyyatda olmasına baxmayaraq, o, hal-hazırda ərazidə yaşamadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022--ci il tarixli müqaviləyə əsasən Cavabdeh ilkin ödəniş 787 manat olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 202.8 manat ödəmək şərti ilə 3220.6 manat dəyərində **********97242 olan SAMSUNG GALAXY S22 ULTURA markalı telefon;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə ilkin ödəniş 50 manat olmaqla 12 ay müddətinə, hissə-hissə hər ay 64.57 manat ödəmək şərti ilə 824.84 manat dəyərində İmei kod**********92506 olan SAMSUNG GALAXY A33 markalı telefon;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə cavabdehə ilkin ödəniş 34 manat olmaqla18 ay müddətinə, hissə-hissə hər ay 31.44 manat ödəmək şərti ilə 599.92 manat dəyərində TOSHİBA LED TV;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə ilkin ödəniş 50 manat olmaqla 03 ay müddətinə, hissəhissə hər ay 91.83 manat ödəmək şərti ilə 325.49 manat dəyərində TOSHİBA LED TV, TAVA MORELLİ QRANİT; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, hissə-hissə hər ay 34.75 manat ödəmək şərti ilə 417 manat dəyərində İmei kodu **********60974 olan SAMSUNG GALAXY A13 markalı telefon satılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3117.07 manat təşkil edir. Cavabdehə göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş vəməhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə olan tərəflər arasında bağlanmış 03472574 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin əsasən tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 787 manat olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 202.8 manat ödəmək şərti ilə 3220.6 manat dəyərində **********97242 olan SAMSUNG GALAXY S22 ULTURA markalı telefon satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış 14483383 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 50 manat olmaqla 12 ay müddətinə, hissəhissə hər ay 64.57 manat ödəmək şərti ilə 824.84 manat dəyərində İmei kod**********92506 olan SAMSUNG GALAXY A33 markalı telefon satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış 03473451 nömrəli,xx.xx.2023-cü il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 34 manat olmaqla18 ay müddətinə, hissəhissə hər ay 31.44 manat ödəmək şərti ilə 599.92 manat dəyərində TOSHİBA LED TV satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış 11984454 nömrəli,xx.xx.2023-cü il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 50 manat olmaqla 03 ay müddətinə, hissəhissə hər ay 91.83 manat ödəmək şərti ilə 325.49 manat dəyərində TOSHİBA LED TV, TAVA MORELLİ QRANİT satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış 03463031 nömrəli,xx.xx.2022-ci il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh12 ay müddətinə, hissə-hissə hər ay 34.75 manat ödəmək şərti ilə 417 manat dəyərində İmei kodu **********60974 olan SAMSUNG GALAXY A13 markalı telefon satılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********97242 olan SAMSUNG GALAXY S22 ULTURA markalı telefon üçün ödənilməmiş hissə üzrə 868 manat, cərimə borcuna görə 86 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********92506 olan SAMSUNG GALAXY A33 markalı telefon üçün ödənilməmiş hissəüzrə 750..84 manat, cərimə borcuna görə 75.16 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV üçün ödənilməmiş hissə üzrə 378.93 manat, cərimə borcuna görə 37.07 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV, TAVA MORELLİ QRANİT üçün ödənilməmiş hissə üzrə 148.01 manat, cərimə borcuna görə 14.99 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********60974 olan SAMSUNG GALAXY A13 markalı telefon üçün ödənilməmiş hissəüzrə 125 manat, cərimə borcuna görə 12 manat; ümümilikdə 2496 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 44.96 manat pul ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********97242 olan SAMSUNG GALAXY S22 ULTURA markalı telefon üçün ödənilməmiş hissə üzrə 868 manat, cərimə borcuna görə 86 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********92506 olan SAMSUNG GALAXY A33 markalı telefon üçün ödənilməmiş hissəüzrə 750..84 manat, cərimə borcuna görə 75.16 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV üçün ödənilməmiş hissə üzrə 378.93 manat, cərimə borcuna görə 37.07 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV, TAVA MORELLİ QRANİT üçün ödənilməmiş hissə üzrə 148.01 manat, cərimə borcuna görə 14.99 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********60974 olan SAMSUNG GALAXY A13 markalı telefon üçün ödənilməmiş hissəüzrə 125 manat, cərimə borcuna görə 12 manat; ümümilikdə 2496 manat və ödənilmiş dövlət rüsumuna görə 44.96 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222 və 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********97242 olan SAMSUNG GALAXY S22 ULTURA markalı telefon üçün ödənilməmiş hissə üzrə 868 manat, cərimə borcuna görə 86 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********92506 olan SAMSUNG GALAXY A33 markalı telefon üçün ödənilməmiş hissəüzrə 750..84 manat, cərimə borcuna görə 75.16 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV üçün ödənilməmiş hissə üzrə 378.93 manat, cərimə borcuna görə 37.07 manat;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV, TAVA MORELLİ QRANİT üçün ödənilməmiş hissə üzrə 148.01 manat, cərimə borcuna görə 14.99 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********60974 olan SAMSUNG GALAXY A13 markalı telefon üçün ödənilməmiş hissəüzrə 125 manat, cərimə borcuna görə 12 manat və ödənilmiş dövlət rüsumuna görə 44.96 manat,cəmi 2540.96 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-733/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-733/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver