Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-83/2024 19.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 19 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21972,70 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği,156,32 manat dövlət rüsumu,ümumilikdə 22129,02 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbin onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı,** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri,Sabunçu rayonu,Aeroport şossesi ərazisində hərəkət edən zaman “Audi A6” markalı,** AS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.Sabunçu rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli,TP ******* saylı qərar ilə “Chevrolet Cruze” markalı,** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Audi A6” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə 22142,70 manat maddi zərər dəymişdir.MİC210060_175 saylı sığorta şəhadətnaməsinə və AKS220077 saylı,19.042022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən dəymiş zərər məbləğindən 170 manat şərtsiz azad olma məbləği çıxılmaqla 21972,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də,”Chevrolet Cruze” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh həmin pulun tutularaq iddiaçıya ödənilməsini xahiş edirlər. İş üzrə vəsatət: Cavabdehin nümayəndəsi-vəkili Vəkil məhkəməyə vəsatət və ona əlavə olunmuş sübutları təqdim edərək bildirmişdir ki,Cavabdeh mülki iddia qaydasında məhkəməyə verilməsinə səbəb olan Azərbaycan Respublikası DİN-in Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin HK-1də qeydiyyata alınmış 809 saylı yol nəqliyyat hadisəsi materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 noyabr 2021-ci il tarixli qərarından cavabdehin digər nümayəndəsi-vəkili X1 məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət vermişdir.X4 Rayon Məhkəməsində 6(008)-28/2024 saylı xx.xx.2024-cü il tarixlə qeydiyyata alınmış və məhkəmənin icraatına götürülmüşdür. Vəsatət əsaslı olduğundan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № e- 2(035)-83/2024 nömrəli Qərardadı ilə cinayət işinin başlanması haqqında qərardan verilən şikayətə baxılıb qərar qəbul edilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş üzrə icraatın yenilənməsi Cavabdehin vəkili 25 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli № e-2(035)-83/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraat təzələnmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki,cavabdehin digər nümayəndəsi-vəkili X1 tərəfindən Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət vermiş və Sabunçu Rayon Məhkəməsinin № 6(008)-28/2024 nömrəli Qərarı ilə şikayəti təmin olunmuş və Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Səbuhi İsmayılov tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv olunmuşdur.Eyni zamanda Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 3(008) -3245/2024 nömrəli qərarı ilə Cavabdeh barəsində qəbul olunmuş TP ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında material üzrə icraata xitam verilmişdir.Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin heç bir təqsiri olmadığından məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından müəyyən olunur ki,iddiaçı tərəfindən AKS 220077 saylı akta əsasən ümumilikdə KİA MOTORS AZ MMC-nin hesabına ümumilikdə 22142,70 manat pul ödənilmişdir. İşdə olan MİC210060 nömrəli Avtonəqliyyat vasitələrinin könüllü sığortası haqqında şəhadətnamədən görünür ki,“Audi A6” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmışdır. İşdə olan 14 yanvar 2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş “Görülmüş işlərin təhvil-təslim” Aktından müəyyən olunur ki,avtonəqliyyat vasitəsinin əvvəlki vəziyyətinə qaytarmaq üçün görülən yekun işlərin məbləği 22142,70 manat təşkil edir. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki,Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş və eyni zamanda Cavabdeh barəsində inzibati qaydada protokol tərtib edilməsi üçün material Bakı şəhəri,Sabunçu Rayon Polis İdarəsinin DYP şöbəsinə göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərardan müəyyən olunur ki,Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan etibarnamədən görünür ki,Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-Vəkil onu məhkəmədə təmsil etmək üçün 24 yanvar 2024-cü il tarixdə elektron qaydada rəsmiləşdirilmiş etibarnamə verilmişdir. İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 6(008)-28/2024 nömrəli qərarından müəyyən olunur ki,Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi İsmayılov Səbuhi tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2021-ci il tarixli qərar ləğv olunmuşdur. İşdə olan 25 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki,Cavabdeh Qadir oğlunun əməlində inzibati məsuliyyət olsada lakin inzibati məsuliyyətə cəlb etmə müddətin keçməsini nəzərə alınaraq cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(008)-3245/2024 nömrəli qərarına əsasən Cavabdeh barəsində qəbul olunmuş TP ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında material üzrə icraata xitam verilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 156,32 manat dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1,1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır İcbari Sığortalar haqqında Qanun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından və cavabdehin izahatından müəyyən olunur ki,xx.xx.2021-ci il tarixdə baş vermiş və cavabdehin idarə etdiyi avtomobilində iştirak etdiyi zəncirvari qəza nəticəsində "xxxx" ASCdə sığortalanmış “Audi A6” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə 22142.70 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan sığorta şirkəti tərəfindən sığorta olunana ödənilmişdir.Eyni zamanda cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində günahkar hesab olunaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə tərtib olunmuşdur.Bununlada iddiaçının subroqasiya qaydasında pulu geri tələb etmək hüququ yaranmışdır. Lakin sonradan cavabdehin nümayəndəsi-vəkili tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki,Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(008)- 3245/2024 nömrəli qərarına əsasən Cavabdeh barəsində qəbul olunmuş TP ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında material üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki,iddiaçının iddiasının əsasını təşkil edən TP ******* saylı qərar məhkəmə tərəfindən ləğv olunduğundan iddia rədd olunmalıdır. Belə ki,subroqasiya hüququnun yaranması üçün İcbari Sığortalar Haqqında qanunun 25-ci maddəsində öz əksini tapmış hallardan biri müəyyən olunmalıdır. Lakin sonradan əlavə olunmuş iş materiallarından müəyyən olunur ki,baş vermiş yol-nəqliyyat hadisəsi üzrə cavabdehin heç bir cinayət və inzibati məsuliyyəti müəyyən olunmur. Beləliklə, məhkəmə qanunvericilik normalarına və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-83/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-83/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver