Məhkəmə qərarları › İş №e-2(035)-849/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-849/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-849/2025 21.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri 21 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 05 iyun 2022-ci il tarixli su filtrlərinin satış müqaviləsinə əsasən cavabdehə təqdim edilmiş su filtiri avandanlığının qalıq borcunu təşkil edən 784 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, hazırki işə sadələşdirilmiş qaydada baxılması yolverilməz olduğundan ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin 2.5-ci bəndinin müddəalarından görünür ki, tərəflər müqavilə üzrə hesablaşmaların nağdsız qaydada, yəni satıcının bank hesabına ödəmək yolu ilə icrasına razılıq vermişlər. Lakin iş materiallarına iddiaçının bəhs olunan hesabından çıxarışı əlavə olunmamış, nəticədə işin həlli üçün zəruri məlumat olan tərəflər arasında aparılmış pul hesablaşmalarının həcmi qeyrimüəyyən qalmışdır. Həmçinin müqavilənin sonunda "xxxx" Təmizləmə Texnologiyaları Firmasının rekvizitləri göstərilərək VÖEN: ********** qeyd olunmuş, lakin həmin VÖEN-nin hər hansı hüquqi şəxsə deyil, fiziki şəxs kimi vergi uçotunda qeydiyyata alınmış İddiaçı aid olduğu müəyyən edilmişdir. Bundan başqa, iş materiallarına iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubu əlavə edilmiş, həmin məktubda cavabdehə öhdəliyin icrası üçün 3 gün zəruri müddətin təyin edildiyi öz əksini tapmışdır. Lakin, belə məktubun cavabdehə həqiqətən göndərilməsi barədə ərizəyə hər hansı bir sübut əlavə olunmamış, nəticədə onun bəhsi keçən məktubda nəzərdə tutulmuş şərtə etimad göstərib-göstərmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa sadələşdirilmiş qaydada işə baxılması yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinıə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin məcəllənin 114.1.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı izah olunmalıdır. Ərizəyə əlavə edilmiş “dövlət rüsumunun ödənilməsi barədə” qəbzdən görünür ki, hazırki ərizənin verilməsi ilə bağlı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Hökumət Ödəniş portalı vasitəsilə Zərdab Rayon Məhkəməsinə 30 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********75) ödənilmişdir. Ona görədə hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edildiyi üçün xx.xx.2025-ci il tarixli, **********75 nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 284-1 və 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı izah edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********75) 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar