Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-889/2025 19.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Açar sözlər: (Pul tələbi) X1 Elxan oğlunun sədrliyi, Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 19 yanvar 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 06411781 saylı fakturaya əsasən, 3 ədəd PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 3481.02 manat, cərimə borcuna görə 348.10 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 03527940 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 1463.04 manat, cərimə borcuna görə 146.30 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 09625143 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 1318.98 manat, cərimə borcuna görə 131.90 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 1105.20 manat, cərimə borcuna görə 110.52 manat, ümumilikdə 8105.06 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 101.06 manat pulun cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 06411781 saylı fakturaya əsasən, cavabdehə 18 ay müddətinə, hər ay 193.39 manat ödəmək şərti ilə 4291.02 manat dəyərində 3 ədəd PLAYSTATİON 5; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 03527940 saylı fakturaya əsasən, cavabdehə 18 ay müddətinə, hər ay 81.28 manat ödəmək şərti ilə 1463.04 manat dəyərində PLAYSTATİON 5; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 09625143 saylı fakturaya əsasən, cavabdehə 6 ay müddətinə, hər ay 219.83 manat ödəmək şərti ilə 1318.98 manat dəyərində PLAYSTATİON 5; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, cavabdehə ilkin ödəniş 360 manat olmaqla, 18 ay müddətinə, hər ay 61.40 manat ödəmək şərti ilə 1465.20 manat dəyərində PLAYSTATİON 5 satılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1170 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilə, həmin müqavilənin xx.xx.2025-ci il tarixli 06411781 saylı faktura ilə təsdiqlənmiş əlavəsi və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə 18 ay müddətinə, hər ay 193.39 manat ödəmək şərti ilə 4291.02 manat dəyərində 3 ədəd PLAYSTATİON 5 satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilə, həmin müqavilənin xx.xx.2025-ci il tarixli 03527940 saylı faktura ilə təsdiqlənmiş əlavəsi və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə 18 ay müddətinə, hər ay 81.28 manat ödəmək şərti ilə 1463.04 manat dəyərində PLAYSTATİON 5 satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilə, həmin müqavilənin xx.xx.2025-ci il tarixli 09625143 saylı faktura ilə təsdiqlənmiş əlavəsi və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə 6 ay müddətinə, hər ay 219.83 manat ödəmək şərti ilə 1318.98 manat dəyərində PLAYSTATİON 5 satılmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilə, həmin müqavilənin xx.xx.2025-ci il tarixli ********* saylı faktura ilə təsdiqlənmiş əlavəsi və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə ilkin ödəniş 360 manat olmaqla, 18 ay müddətinə, hər ay 61.40 manat ödəmək şərti ilə 1465.2 manat dəyərində PLAYSTATİON 5 satılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 06411781 saylı fakturaya əsasən, 3 ədəd PLAYSTATİON 5 üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 3481.02 manat, cərimə borcuna görə 348.10 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 03527940 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 1463.04 manat, cərimə borcuna görə 146.30 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 09625143 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 1318.98 manat, cərimə borcuna görə 131.90 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 1105.20 manat, cərimə borcuna görə 110.52 manat, cəmi 8105.06 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 101.06 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 06411781 saylı fakturaya əsasən, cavabdehə 18 ay müddətinə, hər ay 193.39 manat ödəmək şərti ilə 4291.02 manat dəyərində 3 ədəd PLAYSTATİON 5; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 03527940 saylı fakturaya əsasən, cavabdehə 18 ay müddətinə, hər ay 81.28 manat ödəmək şərti ilə 1463.04 manat dəyərində PLAYSTATİON 5; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 09625143 saylı fakturaya əsasən, cavabdehə 6 ay müddətinə, hər ay 219.83 manat ödəmək şərti ilə 1318.98 manat dəyərində PLAYSTATİON 5; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, cavabdehə ilkin ödəniş 360 manat olmaqla, 18 ay müddətinə, hər ay 61.40 manat ödəmək şərti ilə 1465.2 manat dəyərində PLAYSTATİON 5 satılmışdır. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyinə əməl etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, nəticədə onun xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 06411781 saylı fakturaya əsasən, 3 ədəd PLAYSTATİON 5 üçün 3481.02 manat ödənilməmiş hissə, 348.10 manat cərimə; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 03527940 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün 1463.04 manat ödənilməmiş hissə, 146.30 manat cərimə; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 09625143 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün 1318.98 manat ödənilməmiş hissə, 131.90 manat cərimə; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün 1105.20 manat ödənilməmiş hissə, 110.52 manat cərimə, cəmi 8105.06 manat borcu yaranmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 101.06 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 06411781 saylı fakturaya əsasən, 3 ədəd PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 3481.02 manat, cərimə borcuna görə 348.10 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 03527940 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 1463.04 manat, cərimə borcuna görə 146.30 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 09625143 saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 1318.98 manat, cərimə borcuna görə 131.90 manat; xx.xx.2025-ci il tarixli 06411781 saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, PLAYSTATİON 5 üçün ödənilməmiş hissəyə görə 1105.20 manat, cərimə borcuna görə 110.52 manat və ödənilmiş dövlət rüsumuna görə 101.06 manat, cəmi 8206.12 manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-889/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-889/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver