Məhkəmə qərarları › İş №e-2(036)-1002/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1002/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1002/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06038 saylı “Daxili lizinq” müqaviləsinə əsasən cəmi, 14326.34 manat məbləğində borcun və ödənilmiş 133 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli İF/06038 saylı 36 ay müddətli X3 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İnfiniti G35 minik markalı **-AL-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Bir müddət ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh müqavilə müddəti ərzində 5649.00 (beş min altı yüz qırx doqquz) manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 18530.50 (on səkkiz min beş yüz otuz manat 50 qəpik) manat, faiz borcu 2115.09 (iki min yüz on beş manat 09 qəpik) manat, cərimə borcu 250.75 (iki yüz əlli manat 75 qəpik) manat olmaqla, cəmi 20896.34 (iyirmi min səkkiz yüz doxsan altı manat 34 qəpik) manat təşkil edir. Lizinq obyekti iddiaçı tərəfindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyəri 6620.00 (altı min altı yüz iyirmi) manat qiymətləndirilmişdir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı iddiaçı tərəfindən 50 (əlli) manat müstəqil ekspertə xidmət haqqı ödənilmişdir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra cavabdehin təşkilata 14276.34 (on dörd min iki yüz yetmiş altı manat 34 qəpik) manat (208xx.xx-6620.00) qalıq borcu yaranmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06038 saylı “X3i” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2008-ci il buraxılışlı, “İnfiniti G35 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 27000 manat məbləğində "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 938.98 manat, ümumilikdə isə 33803.20 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2022-ci il tarixli İF/06038 saylı “X3i” müqaviləsində göstərilən “İnfiniti G35 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil lizinq alana təhvil verilmişdir. İşdə olan “Avtomobilin qalıq hissəsinin qiymətləndirilmə” aktına əsasən, aktda lizinq obyekti olan “İnfiniti G35 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin xx.xx.2024-cü il tarixə ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbəği 10880 manat təşkil etmişdir. Həmin avtomobilin real dəyəri 17500 manat təşkil edir. Avtomobilin qalıq hissəsinin dəyəri 6620 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06038 saylı “X3i” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 18530.50 manat əsas, 2115.09 manat faiz və 250.75 manat cərimə borcu olmaqla, ümumilikdə 20896.34 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məlumatında qeyd edilmişdir ki, 2(036)-1002/2024 No-li qərardad üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə xx.xx.2024-cü il tarixli, 9/6908 №-li vəsatət göndərilmiş, vəsatətə cavab olaraq xx.xx.2024cü il tarixdə Mərkəzə məktub ilə əlavə məlumatlar daxil olmuşdur. Tadim edilmiş məlumatlarda avtomobilin qalıq hissəsinin dəyərinin 6620 manat olması qeyd edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlarda "İNFİNİTİ G35" markalı, 77-AL- 866 dövlət qeydiyyat nişanlı avtomobilin salamat qalmış hissələrinin ayrı-ayrılıqda adları barədə məlumat olmadığı üçün həmin avtomobilin qalıq hissəsinin dəyərini müəyyən etmək mümkün deyildir. Göstərilənləri nəzərə alaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Tövsiyə olunur ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün zəruri olan maddi sübutlar (maddi sübutlar, arayışlar, sənədlər və.s) iş materiallarına əlavə edilməklə ekspertə təqdim edilsin. Əks təqdirdə bu çatışmazlıqlar əlavə yazışmaların aparılmasına və nəticədə vaxt itkisinə gətirib çıxarır ki, bu da tədqiqatın aparılmasının uzadılmasına və ya ekspertizanın aparılmasından imtina edilməsinə səbəb olur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcun nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin borcunu əks etdirən 09 yanvar 2024-cü il tarixli, maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, Cavabdeh 18530,50 manat məbləğində əsas borc və 2115.09 manat faiz borcu yaranmışdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 250.75 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 185.30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, cavabdehin 18530,50 manat məbləğində əsas borc, 2115.09 manat faiz borcu, 185.30 manat məbləğində cərimə borcu yaranmışdır. Lakin Lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra cavabdehin təşkilata 14210.89 (on dörd min iki yüz on manat səksən doqquz qəpik) manat (208xx.xx-6620) borcu yaranmışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 133 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 133 manat dövlət rüsumunun 132.63 manatı Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06038 saylı “X3i” müqaviləsinə əsasən 14210.89 (on dörd min iki yüz on manat səksən doqquz qəpik) və 132.63 (bir yüz otuz iki manat altmış üç qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar