Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1055/2023 13.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 29167.20 borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 177.50 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 186 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu İmişli rayonu, Çahar kəndi ərazisində 9.4 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9722.40 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyəri xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 132 manat məbləğində çöp doğrama, 127.50 manat məbləğində çiyid səpini, 512 manat məbləğində kultivasiya, 76.50 manat məbləğində gübrə ilə kultivasiya, 453.70 manat manat məbləğində dərman səpini, 3247.09 manat məbləğində dərman və pesdisitlər, 4113.00 manat məbləğində pambığın suvarılmasıbecərilməsi, arat və avans vəsait verilmiş, 1059.84 dəyərində lifsiz çiyid toxumu BA-440, ümumilikdə 9722.43 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqvilənin şərtlərini pozaraq mövsüm başa çatsa da müqavilənin 2.2.2, 2.2.4, 2.2.6-cı bəndlərinin tələblərinin kobud surətdə pozaraq, müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsindən qərəzli olaraq yayınmışdır. Bu faktın araşdırılması ilə əlaqədar İddiaçı MMC-nin İmişli filialının baş aqronomu X10, Çahar kəndi üzrə sahə aqronumu X4, İmişli DAİM-nin direktor əvəzi X8, İmişli DAİM-nin torpaq məsələləri üzrə baş məsləhətçisi X14 və "xxxx" MMC-nin ərazi nümayəndəsi X1 iştirakı ilə komissiya yaradılmışdır. Komissiya üzvüləri Cavabdeh etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) Müsayev Nərişlə danışıqlar aparmaq məqsədi ilə Çahar kəndinə getmişlər. Komissiya üzvülərinin səylərinə baxmayaraq Musayev Nəriş heç kimlə hesablaşmayaraq, pambığı yığıb İddiaçı MMC-nin İmişli filialına verməkdən imtina edərək müxtəlif təhqiramiz hərəkətlərə yol vermişdir. Odur ki, komissiya məcburiyyət qarşısında qalaraq 9.4 ha sahədə İddiaçı MMC-nin İmişli filialı tərəfindən 9722.4 manat çəkilmiş xərcin ödənişini təmin etmək məqsədi ilə xam bambığın yığılaraq "xxxx" MMC-yə verilməsi və "xxxx" MMC tərəfindən isə borcun bağlanması razılığına gəlinməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən qəsdən yayınaraq xam-pambığın satışından əldə olunan vəsaiti mənimsəmişdir. (komissiya tərəfindən tərtib olunmuş akt bəlavə olunur). Müqavilənin 2.2.6. bəndinin tələblərinə əsasən əkilmiş sahədə yetişdirilmiş xam-pambığın cavabdeh- Satıcı tərəfindən “Alıcı-iddiaçıya” təhvil verilməməsi aşkar olunarsa, “Cavabdeh Satıcı” “İddiaçı-Alıcıya” çəkilən xərcin 3 (üç) misli həcmində cərimə ödəyir. Bununla da cavabdehin borcu 9722.4 manat x 3= 29167.20 manat təşkil edir.
3. P-Aqro” MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 186 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, hazırki müqavilənin predmeti “Alıcı” tərəfindən “Satıcı” Cavabdeh məxsus İmişli rayonu Çahar kəndində yerləşən 9.40 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyən olunmuş şərtlər daxilində, “Alıcıya” təhvil verilməsi və “Alıcı” tərəfindən “satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibillyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir.
4. Müqavilənin 2.2.2 bəndinin tələblərinə əsasən, istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyəri “Alıcı”ya ödəmək üçün, ( hər hektardan-25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, xx.xx.2007-ci il tarixdə X9 tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada “Alıcı”ya təhvil verir.
5. Müqavilənin 2.2.4 bəndinin tələblərinə əsasən, “Alıcı”dan borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq “Alıcı”ya məlumat verir və aldığı borcun tam şəkildə qaytarılmasını təmin edir.
6. Müqavilənin 2.2.6 bəndinin tələblərinə əsasən əkilmiş sahədə yetişdirilmiş xampambığın “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilməməsi aşkar olunarsa, “Satıcı” “Alıcı”ya çəkilən xərcin 3 (üç) misli həcmində cərimə ödəyir.
7. xx.xx.2022-ci il tarixli Aktla müəyyən olur ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 186 saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin İmişli filialının baş aqronomu X10, Çahar kəndi üzrə sahə aqronumu X4, İmişli DAİM-nin direktor əvəzi X8, İmişli DAİM-nin torpaq məsələləri üzrə baş məsləhətçisi X14 və "xxxx" MMC-nin ərazi nümayəndəsi X1 iştirakı ilə komissiya yaradılmışdır. Komissiya üzvüləri casvabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) Müsayev Nərişlə danışıqlar aparmaq məqsədi ilə Çahar kəndinə getmişlər. Komissiya üzvülərinin səylərinə baxmayaraq Musayev Nəriş heç kimlə hesablaşmayaraq, pambığı yığıb İddiaçı MMC-nin İmişli Filialına verməkdən imtina edərək müxtəlif təhqiramiz hərəkətlərə yol vermişdir. Komissiya 9.4 ha sahədə İddiaçı MMC-nin İmişli filialı tərəfindən 9722.4 manat çəkilmiş xərcin ödənişini təmin etmək məqsədi ilə xam pambığın yığılaraq "xxxx" MMC-yə verilməsi və "xxxx" MMC tərəfindən isə borcun bağlanması razılığına gəlinməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən qəsdən yayınaraq xam-pambığın satışından əldə olunan vəsaiti iddiaçının xeyrinə ödəməmişdir.
8. İşin 9-50-ci səhifələrində tərəflər arasında mövcud olan və təsdiqlənmiş maliyyə sənədləri ilə cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 132 manat məbləğində çöp doğrama, 127.50 manat məbləğində çiyid səpini, 512 manat məbləğində kultivasiya, 76.50 manat məbləğində gübrə ilə kultivasiya, 453.70 manat manat məbləğində dərman səpini, 3247.09 manat məbləğində dərman və pesdisitlər, 4113.00 manat məbləğində pambığın suvarılması-becərilməsi, arat və avans vəsait verilmiş, 1059.84 dəyərində lifsiz çiyid toxumu BA-440, ümumilikdə 9722.43 manat dəyərində işlərin görülməsi, avans verilməsi və xidmətlərin göstərilməsi bir daha öz təsdiqini tapır.
9. Cavabdeh müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməkdən qəzərli olaraq yayınmışdır.
10. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir.
11. İddia ərizəsinin verilməsi üçün 177.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. Cavabdeh vəsatət verərək müqavilədə olan imzaların ona və nümayəndəsi olan əri X6 aid olmadığını mübahisələndirmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1025 saylı ekspert rəyindən məlum olur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 186 saylı xam pambığın alqı-satqısı haqqında müqavilənin “Satıcı” qrafasında olan imza X11 tərəfindən icra olunmuşdur. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
13. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. Cavabdeh və etibarnamə üzrə nümayəndəsi X11 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
21. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
32. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
33. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 186 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu İmişli rayonu, Çahar kəndi ərazisində 9.4 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9722.40 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyəri xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 132 manat məbləğində çöp doğrama, 127.50 manat məbləğində çiyid səpini, 512 manat məbləğində kultivasiya, 76.50 manat məbləğində gübrə ilə kultivasiya, 453.70 manat manat məbləğində dərman səpini, 3247.09 manat məbləğində dərman və pesdisitlər, 4113.00 manat məbləğində pambığın suvarılması-becərilməsi, arat və avans vəsait verilmiş, 1059.84 dəyərində lifsiz çiyid toxumu BA-440, ümumilikdə 9722.43 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqvilənin şərtlərini pozaraq mövsüm başa çatsa da müqavilənin 2.2.2, 2.2.4, 2.2.6-cı bəndlərinin tələblərinin kobud surətdə pozaraq, müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsindən qərəzli olaraq yayınmışdır. Bu faktın araşdırılması ilə əlaqədar İddiaçı MMC-nin İmişli filialının baş aqronomu X10, Çahar kəndi üzrə sahə aqronumu X4, İmişli DAİM-nin direktor əvəzi X8, İmişli DAİM-nin torpaq məsələləri üzrə baş məsləhətçisi X14 və "xxxx" MMC-nin ərazi nümayəndəsi X1 iştirakı ilə komissiya yaradılmışdır. Komissiya üzvüləri Cavabdeh etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) Müsayev Nərişlə danışıqlar aparmaq məqsədi ilə Çahar kəndinə getmişlər. Komissiya üzvülərinin səylərinə baxmayaraq Musayev Nəriş heç kimlə hesablaşmayaraq, pambığı yığıb İddiaçı MMC-nin İmişli filialına verməkdən imtina edərək müxtəlif təhqiramiz hərəkətlərə yol vermişdir. Odur ki, komissiya məcburiyyət qarşısında qalaraq 9.4 ha sahədə İddiaçı MMC-nin İmişli filialı tərəfindən 9722.4 manat çəkilmiş xərcin ödənişini təmin etmək məqsədi ilə xam bambığın yığılaraq "xxxx" MMC-yə verilməsi və "xxxx" MMC tərəfindən isə borcun bağlanması razılığına gəlinməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən qəsdən yayınaraq xam-pambığın satışından əldə olunan vəsaiti mənimsəmişdir. (komissiya tərəfindən tərtib olunmuş akt bəlavə olunur). Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.
34. Nəticədə, cavabdehin İddiaçı MMC qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Hazırda cavabdehin İddiaçı MMC-yə ümumilikdə 9722.40 manat məbləğində əsas borcu qalmışdır.
35. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
38. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Məhkəmə cavabdeh tərəfdən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 186 saylı xam pambığın alqı-satqısı haqqında müqavilənin üzrə 1000 manat dəbbə pulunun iddiaçının xeyrinə tutulmasını daha məqsədəmüvafiq və ədalətli hesab edir.
41. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
43. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
44. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilib, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 9722,40 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu və 177.50 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli və ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 9722,40 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 177.50 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev