Məhkəmə qərarları › İş №e-2(036)-1077/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1077/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1077/2022 28.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 390.90 manat əsas borc, 146.23 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 567.13 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 28.05.2019-cu il tarixli İMK01672 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 418.95 manat dəyərində BOSCH BGC05AAA1 markalı Tozsoran və S-link AND-AC30B X1 and White Micro USB markalı Adapter nisyə almışdır. İşdə olan 25.11.2019-cu il tarixli İMK02845 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 352.50 manat dəyərində SAMSUNG A10 SM- A105FZKGCAU Black markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 08.03.2020-ci il tarixli İMK03567 nömrəli, 28.05.2019-cu il tarixli İMK01672 nömrəli və 25.11.2019-cu il tarixli İMK02845 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 390.90 manat borclu qalmış və hesabına 146.23 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 390.90 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə borcu isə əsas borca uyğun olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 390.90 (üç yüz doxsan manat doxsan qəpik) manat əsas borc, 5.00 (beş) manat cərimə və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar