Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1104/2023 03.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2020-ci il tarixdə, saat 22-00 də Bakı şəhəri, Binəqədi Baksol yolunda baş vermiş yol nəqliyyat hadisəsində cəmiyyətdə sığortalanmış “Ravon minik” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zədələnmiş “Nissan Maxima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saihbi X3 dəymiş maddi zərərin və sağlamlığına dəymiş zərərin ödənilməsi üçün cəmi, 4450,00 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini göstərərək həmin məbləğin və 64,50 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC xx.xx.2019-xx.xx.2020 sığorta müddətində “Ravon minik” markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat və sağlamlığa vurulan zərərə görə 5000,0 manat məbləğində sığorta təminatı vermişdir. İşdə olan PXA 69583 saylı Sığorta Aktına əsasən “Ravon minik” markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi Baksol yolunda “Nissan Maxima” markalı **-LA-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində avtomobilin sürücüsü X1 dəymiş zərər 750,00 manat məbləğində müəyyən olunmuş və sığorta ödənişi 750,0 manat təşkil etmişdir. İşdə olan PXA 69605 saylı Sığorta Aktına əsasən “Ravon minik” markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi Baksol yolunda “Nissan Maxima” markalı **-LA-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində dəymiş maddi zərər 3700,00 manat məbləğində müəyyən olunmuş və sığorta ödənişi 3700,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli “inzibati xəta haqqında” Protokolun surətinə əsasən Cavabdeh1 idarə etdiyi “Ravon minik” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə, saat 22-00-də Bakı şəhəri, Binəqədi Baksol yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 4450,0 manat və ödənilmiş dövlət rüsumuna görə 64.50 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 4450,0 (dörd min dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 64,50 (altmış dörd manat, əlli qəpik ) manat alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1104/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1104/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver