Məhkəmə qərarları › İş №e-2(036)-1107/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1107/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1107/2022 28.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə nisyə satılmış Xiaomi Redmi 8 markalı telefona görə 267.00 manat əsas borc, 26.00 manat cərimə, Realme 5 telefona görə 368.90 manat əsas borc, 36.10 manat cərimə, X1 9S markalı telefona görə 182.30 manat əsas borc, 18.70 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 929.00 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 25.05.2020-ci il tarixli 20308478 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 477.00 manat dəyərində Xiaomi Redmi 8 3/32GB markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 25.05.2020-ci il tarixli 20308478 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 267.00 manat borclu qalmış və hesabına 26.00 manat cərimə hesablanmışdır. İşdə olan 29.07.2020-ci il tarixli 21044333 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 553.80 manat dəyərində Realme 5 3/64Gb markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 29.07.2020-ci il tarixli 21044333 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 368.90 manat borclu qalmış və hesabına 36.10 manat cərimə hesablanmışdır. İşdə olan 19.09.2020-ci il tarixli 21183678 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 374.00 manat dəyərində X1 9S 4GB/64GB markalı telefona nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 19.09.2020-ci il tarixli 21183678 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 182.30 manat borclu qalmış və hesabına 18.70 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 25.05.2020-ci il tarixli 20308478 nömrəli Müqaviləyə əsasən 267.00 manat əsas borc, 26.00 manat cərimə, 29.07.2020-ci il tarixli 21044333 nömrəli Müqaviləyə əsasən 368.90 manat əsas borc, 36.10 manat cərimə, 19.09.2020-ci il tarixli 21183678 nömrəli Müqaviləyə əsasən 182.30 manat əsas borc, 18.70 manat cərimə və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 25.05.2020-ci il tarixli 20308478 nömrəli Müqaviləyə əsasən 267.00 (iki yüz altmış yeddi) manat əsas borc, 26.00 (iyirmi altı) manat cərimə, 29.07.2020-ci il tarixli 21044333 nömrəli Müqaviləyə əsasən 368.90 (üç yüz altmış səkkiz manat doxsan qəpik) manat əsas borc, 36.10 (otuz altı manat on qəpik) manat cərimə, 19.09.2020-ci il tarixli 21183678 nömrəli Müqaviləyə əsasən 182.30 (yüz səksən iki manat otuz qəpik) manat əsas borc, 18.70 (on səkkiz manat yetmiş qəpik) manat cərimə və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar