Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1178/2022 08.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə nisyə satılmış İMEİ kodu **********14704 Xiaomi Poco M3 markalı telefona görə 514,6 manat əsas borc, 51,40 manat cərimə və İMEİ kodu **********66625 Xiaomi Poco M3 markalı telefona görə 541,50 manat əsas borc, 54,50 manat cərimə və 32,02 manat dövlət rüsumu, cəmi 1194,02 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 02.03.2021-ci il tarixli 22330274 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 561,60 manat dəyərində İMEİ kodu **********14704 Xiaomi Poco M3 markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 02.03.2021-ci il tarixli 22330274 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 514,60 manat borclu qalmış və hesabına 51,40 manat cərimə hesablanmışdır. İşdə olan 16.03.2021-ci il tarixli 22381502 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2450.40 manat dəyərində İMEİ kodu **********66625 Xiaomi Poco M3 markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 16.03.2021-ci il tarixli 22381502 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1444.00 manat borclu qalmış və hesabına 144.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 02.03.2021-ci il tarixli 22330274 nömrəli Müqaviləyə əsasən 514,60 manat əsas borc, 51,40 manat cərimə, 16.03.2021-ci il tarixli 22381502 nömrəli Müqaviləyə əsasən 541,50 manat əsas borc, 54,50 manat cərimə və dövlət rüsumuna görə 32,02 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02.03.2021-ci il tarixli 22330274 nömrəli Müqaviləyə əsasən 514,60 manat əsas borc, 51,40 manat cərimə, 16.03.2021-ci il tarixli 22381502 nömrəli Müqaviləyə əsasən 541,50 manat əsas borc, 54,50 manat cərimə və dövlət rüsumuna görə 32,02 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov. İ
Məhkəmə qərarları › İş №e-2(036)-1178/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1178/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver