Məhkəmə qərarları › İş №e-2(036)-1218/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1218/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1218/2023 17.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 17.90 manat əsas borc, 2.60 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1451.80 manat əsas borc, 217.70 manat cərimə və 36.90 manat dövlət rüsumu, cəmi 1726.90 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 389.49 manat dəyərində Samsung markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 17.90 manat borclu qalmış və hesabına 2.60 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1979.90 manat dəyərində SAMSUNG markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1451.80 manat borclu qalmış və hesabına 217.70 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqaviləyə əsasən 17.90 manat əsas borc, 2.60 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqaviləyə əsasən 1451.80 manat əsas borc, 217.70 manat cərimə və dövlət rüsumuna görə 36.90 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqaviləyə əsasən 17.90 (on yeddi manat doxsan qəpik) manat əsas borc, 2.60 (iki manat altmış qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqaviləyə əsasən 1451.80 (min dörd yüz əlli bir manat səksən qəpik) manat əsas borc, 217.70 (iki yüz on yeddi manat yetmiş qəpik) manat cərimə və dövlət rüsumuna görə 36.90 (otuz altı manat doxsan qəpik) manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar