Məhkəmə qərarları › İş №e-2(036)-122/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-122/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-122/2024 08.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh xx.xx.2023-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 145,90 AZN əsas borc, 21,80 AZN cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 238,90 AZN əsas borc, 35,80 AZN cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 AZN pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.

2. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “WONLEX” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 25 AZN olmaqla, cəmi 145,90 AZN ödəməyi öhdəsinə götürmüşdür.

3. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022 tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Hp” markalı noutbuk, oyuncaq və aksesuarlara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 AZN olmaqla, cəmi 588,90 AZN ödəməyi öz öhdəsinə götürmüşdür.

4. Müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək tərəflərin vəzifəsidir.

5. Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödəniş etməmiş, əşyanın qiymətinin 145,90 AZN ödənilməmiş hissəsi qalmışdır.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilənin şərtlərini pozaraq xx.xx.2023 tarixində son dəfə 50 AZN ödəniş etmiş və əşyanın qiymətinin 238,90 AZN hissəsi ödənilməmiş qalmışdır.

7. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh əşyanın qiymətini ödəməkdən boyun qaçırır.

8. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir.

9. Cavabdeh xx.xx.2023-ci il tarixli, ********* saylı müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" MMC tərəfindən ona 21,80 AZN məbləğində cərimə hesablanmışdır.

10. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" MMC tərəfindən ona 35,80 AZN məbləğində cərimə hesablanmışdır.

11. İddia ərizəsinin verilməsi üçün 30 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.

29. İş materialları ilə müəyyən olur ki, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin Cəmiyyət qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

30. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Ona görə də, məhkəmə xx.xx.2023-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə cərimə məbləğinin 5 AZN və xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə cərimə məbləğinin 10 AZN müəyyən edilməsini daha məqsədəmüvafiq və ədalətli hesab edir.

33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 145,90 AZN əsas borc, 5 AZN cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 238,90 AZN əsas borc, 10 AZN cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 AZN pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 145,90 AZN əsas borc, 5 AZN cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 238,90 AZN əsas borc, 10 AZN cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 AZN pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar