Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1261/2022 08.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə nisyə satılmış İMEİ kodu **********59110 X1 A 8.0 markalı, İMEİ kodu **********38730 X1 A 8.0 markalı 2 ədəd tablet üçün 417 manat əsas borc, 41 manat cərimə borcu və Samsung markalı paltaryuyana 780 manat əsas borc, 78 manat cərimə və 33,56 manat dövlət rüsumu, cəmi 1349,16 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 28.08.2020-ci il tarixli 21118618 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 842 manat ümumi dəyərində İMEİ kodu **********59110 X1 A 8.0 markalı, İMEİ kodu **********38730 X1 A 8.0 markalı 2 ədəd tablet üçün 417 manat əsas borc, 41 manat cərimə borcu markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 28.08.2020-ci il tarixli 21118618 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 417 manat əsas borc, 41 manat cərimə hesablanmışdır. İşdə olan 11.09.2020-ci il tarixli 21158917 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2450.40 manat dəyərində Samsung markalı paltaryuyan nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 11.09.2020-ci il tarixli 21158917 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 780 manat əsas borc, 78 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 28.08.2020-ci il tarixli 21118618 nömrəli Müqaviləyə əsasən 417 manat əsas borc, 41 manat cərimə, 11.09.2020-ci il tarixli 21158917 nömrəli Müqaviləyə əsasən 780 manat əsas borc, 78 manat cərimə və dövlət rüsumuna görə 33,56 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 28.08.2020-ci il tarixli 21118618 nömrəli Müqaviləyə əsasən 417 manat əsas borc, 41 manat cərimə, 11.09.2020-ci il tarixli 21158917 nömrəli Müqaviləyə əsasən 780 manat əsas borc, 78 manat cərimə və dövlət rüsumuna görə 33,56 manat pul alınıb iddiaçı "xxxx" MMCnin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-1261/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1261/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver