Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1289/2023 01.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, 02991657 saylı alqı-satqı müqaviləsi üzrə 797.10 manat əsas borc, 79.00 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 03101944 saylı alqı-satqı müqaviləsi üzrə 225.00 manat əsas borc, 22.90 manat cərimə borcu olmaqla, ümumilikdə 1124.00 manat məbləğində borcun və 31.24 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 02991657 nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 897.12 manat dəyərində Samsung Galaxy A32 telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 02991657 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 797.10 manat borclu qalmış və hesabına 79.00 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 03101944 nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 225.00 manat dəyərində Huavei Band 6 saat nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03101944 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 225.00 manat borclu qalmış və hesabına 22.90 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02991657 saylı alqı-satqı müqaviləsi üzrə 797.10 (yeddi yüz doxsan yeddi manat, on qəpik) manat əsas borc, 79.00 (yetmiş doqquz) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03101944 saylı alqı-satqı müqaviləsi üzrə 225.00 (iki yüz iyirmi beş) manat əsas borc, 22.90 (iyirmi iki manat, doxsan qəpik) manat cərimə borcu və dövlət rüsumuna görə 31.24 (otuz bir manat, iyirmi dörd qəpik) manat pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1289/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1289/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver