Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1314/2023 01.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 5050 manat pulun və ödənilmiş 70.50 manat dövlət rüsumunun “İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan «VAZ 21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" Sığorta Şirkəti ASC «VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana görə 2800 manat, X2 dəymiş ziyanla bağlı 1500 manat və X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
3. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(036)-44/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmişdir.
4. İşdə olan xx.xx.2022-ci il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, «VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2800 manatdır və xx.xx.2022-ci il tarixli “ödəniş tapşırığı”na əsasən İddiaçı ASC tərəfindən 2800 manat zərər çəkmiş şəxsə ödənilmişdir.
5. xx.xx.2022-ci il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, X6 dəymiş zərər 1500 manatdır və xx.xx.2022-ci il tarixli “ödəniş tapşırığı”na əsasən İddiaçı ASC tərəfindən 1500 manat zərər çəkmiş şəxsə ödənilmişdir.
6. xx.xx.2022-ci il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, X5 dəymiş zərər 750 manatdır və xx.xx.2022-ci il tarixli “ödəniş tapşırığı”na əsasən İddiaçı ASC tərəfindən 750 manat zərər çəkmiş şəxsə ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı ASC-nin nümayəndəsi X7 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Cavabdeh iddianı qəbul edərək təmin olmasına etirazının olmadığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
12. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 63.1. Bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən olur ki, "xxxx" Sığorta Şirkəti ASC «VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2800 manat, X6 dəymiş zərərə görə 1500 manat və X5 dəymiş zərərə görə isə 750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
24. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(036)-44/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, «VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2800 manatdır və xx.xx.2022-ci il tarixli “ödəniş tapşırığı”na əsasən İddiaçı ASC tərəfindən 2800 manat, xx.xx.2022-ci il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, X6 dəymiş zərər 1500 manatdır və xx.xx.2022-ci il tarixli “ödəniş tapşırığı”na əsasən İddiaçı ASC tərəfindən 1500 manat və xx.xx.2022-ci il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, X5 dəymiş zərər 750 manatdır və xx.xx.2022-ci il tarixli “ödəniş tapşırığı”na əsasən İddiaçı ASC tərəfindən 750 manat zərər çəkmiş şəxslərə ödənilmişdir.
25. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
28. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
29. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
30. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 5050 manat pulun və ödənilmiş 70.50 manat dövlət rüsumu tutulub “İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin olunsun. Cavabdeh 5050 manat məbləğində pul və ödənilmiş 70.50 manat dövlət rüsumu tutulub “İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev