Məhkəmə qərarları › İş №e-2(036)-1328/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-1328/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-1328/2024 05.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızndan xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 381.40 manat əsas borc, 57.20 manat cərimə olmaqla, ümumilikdə 438.60 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, vəsatət qanuni və əsaslı olduğuna görə təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, İddiaçı MMC tərəfindən iddia tələbi üzrə xx.xx.2024-cü il tarixli, 58240694 nömrəli qəbz əsasında Onlayn ödəmə Sistemi-EPUL vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 30 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmamış saxlanıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin vəsatəti təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia tələbi üzrə xx.xx.2024-cü il tarixli, 58240694 nömrəli qəbz əsasında Onlayn ödəmə Sistemi-EPUL vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 30 manat dövlət rüsumu Dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar