Məhkəmə qərarları › İş №e-2(036)-139/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-139/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-139/2024 13.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 5377 manat sığorta ödənişinin məbləği, 1.34 manat bank xidmət haqqı və ödənilmiş 74.17 manat dövlət rüsumunun “"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş materiallarından müəyyən olunur ki, “Mercedes Benz 240” markalı , 90– FX-863 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli PSS********** nömrəli “avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”na əsasən “"xxxx" ASC-də sığortalanmışdır.

3. Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində həmin avtomobillə İmişli şəhəri, S.Fətəliyev küçəsində sərxoş vəziyyətdə hərəkətdə olarkən “QAZ 2410” markalı , ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və ona maddi ziyan vuraraq hadisə yerindən yayınmışdır.

4. İmişli RPŞ-nin “avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından “ İmişli Rayon Polis X2 baş müstəntiqi, polis polkovnik- leytenantı Nazim Hümbətovun xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

5. Zədələnmiş “Qaz 2410” markalı markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs “Qafqaz Ticarət“ MMC tərəfindən qiymətləndirilərək 755 manat məbləğində müəyyən edilmişdir.

6. Baş vermiş hadisədə üçüncü şəxs X3 yol hərəkəti qaydalarını pozduğu müəyyən edildiyindən “Qaz 2410” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 377 manat və üçüncü şəxs X3 ölümünə görə isə 5000 manat olmaqla, cəmi 5377 manat sığota ödənişi olunmuş və bu ödənişi xx.xx.2021-ci il tarixli, İ-330/21 saylı ödəniş aktında və xx.xx.2021 tarixli, 31032021-9300-324 saylı ödəniş tapşırığında öz əksini tapmışdır.

7. İşdə olan xx.xx.2023-cü il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, “Qaz 2410” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 755 manatdır və "xxxx" ASC tərəfindən 377 manat zərər çəkmiş şəxsə ödənilmişdir, həmin “sığorta aktı” ilə müəyyən olunur ki, üçüncü şəxs X3 ölümünə görə isə 5000 manat "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Cavabdeh anası X1 ərizə verərək oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edildiyini , hal-hazırda da cəzaçəkmə müəssisəsində olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

13. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

14. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 25.1.2. Bu Qanunun Xüsusi hissəsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

25. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

26. Belə ki, iş materialları ilə müəyyən olur ki, “Mercedes Benz 240” markalı , 90–FX-863 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli PSS********** nömrəli “avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”na əsasən “"xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində həmin avtomobillə İmişli şəhəri, S.Fətəliyev küçəsində sərxoş vəziyyətdə hərəkətdə olarkən “QAZ 2410” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və ona maddi ziyan vuraraq hadisə yerindən yayınmışdır. İmişli RPŞ-nin “avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından “ İmişli Rayon Polis X2 baş müstəntiqi, polis polkovnik- leytenantı Nazim Hümbətovun xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Qaz 2410” markalı markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs “Qafqaz Ticarət“ MMC tərəfindən qiymətləndirilərək 755 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş hadisədə üçüncü şəxs X3 yol hərəkəti qaydalarını pozduğu müəyyən edildiyindən “Qaz 2410” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 377 manat və üçüncü şəxs X3 ölümünə görə isə 5000 manat olmaqla, cəmi 5377 manat sığota ödənişi olunmuş və bu ödənişi xx.xx.2021-ci il tarixli, İ-330/21 saylı ödəniş aktında və xx.xx.2021 tarixli, 31032021-9300-324 saylı ödəniş tapşırığında öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, “Qaz 2410” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 755 manatdır və "xxxx" ASC tərəfindən 377 manat zərər çəkmiş şəxsə ödənilmişdir, həmin “sığorta aktı” ilə müəyyən olunur ki, üçüncü şəxs X3 ölümünə görə isə 5000 manat "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir.

27. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

30. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

31. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

32. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 5377 manat sığorta ödənişinin məbləği, 1.34 manat bank xidmət haqqı və ödənilmiş 74.17 manat dövlət rüsumu tutulub “"xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh oğlundan 5377 manat sığorta ödənişinin məbləği, 1.34 manat bank xidmət haqqı və ödənilmiş 74.17 manat dövlət rüsumu tutulub “"xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar