Məhkəmə qərarları › İş №e-2(036)-141/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-141/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-141/2024 06.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və cavabadeh Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixdə, saat 19-20 radələrində İmişli- Hacıqabul-Horadiz avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsində cəmiyyətdə sığortalanmış «VAZ- 2107» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zədələnmiş «Ford Fusion» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin və sərnişin X1 dəymiş zərərin ödənilməsi üçün cəmi, 5750,0 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini göstərərək həmin məbləğin və 77,50 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19-20 radələrində baş vermiş YNH-də zədələnmiş «Ford Fusion» markalı **- UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər həddindən artıq şişirdilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC xx.xx.2022-xx.xx.2023 sığorta müddətində «VAZ-2107» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərə görə 5000,0 manat və sağlamlığa vurulan zərərə görə 5000,0 manat məbləğində sığorta təminatı vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətinə əsasən xx.xx.2023-cü il tarixdə, saat 19-20 radələrində İmişli-Hacıqabul- Horadiz avtomobil yolunda «VAZ-2107» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Ford Fusion» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən YNH görə Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülmüşdür. İşdə olan CML-0955/2023-AKT1449/23 saylı Sığorta Aktına əsasən «VAZ-2107» markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə, saat 19-20 radələrində İmişli rayonu, Hacıqabul-Horadiz avtomobil yolunda «Ford Fusion» markalı **-UU-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində dəymiş maddi zərər 6820,00 manat məbləğində müəyyən olunmuş və sığorta ödənişi 5000,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC CML- 0955/2023-AKT1449/23 saylı Sığorta Aktına əsasən X4 5000,0 manat ödəmişdir. İşdə olan CML-0955/2023-AKT1448/23 saylı Sığorta Aktına əsasən «VAZ-2107» markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə, saat 19-20 radələrində İmişli rayonu, Hacıqabul-Horadiz avtomobil yolunda «Ford Fusion» markalı **-UU-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində avtomobildə olan sərnişin X1 dəymiş zərər 750,00 manat məbləğində müəyyən olunmuş və sığorta ödənişi 750,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC CML- 0955/2023-AKT1448/23 saylı Sığorta Aktına əsasən X3 750,0 manat ödəmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 5750,0 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 77,50 manat alınıb iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 5750,0 (beş min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 77,50 (yetmiş yeddi manat əlli qəpik) manat alınıb iddiaçı "xxxx" ASC –nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar