Məhkəmə qərarları › İş №e-2(036)-1413/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1413/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1413/2023 08.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 164.00 manat əsas borc, 14.00 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 435.00 manat əsas borc, 42.00 manat cərimə borcu olmaqla, ümumilikdə 655.00 manat məbləğində borcun və 30.00 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 659.00 manat dəyərində məişət əşyası nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 164.00 manat borclu qalmış və hesabına 14.00 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 855.00 manat dəyərində məişət əşyası nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 435.00 manat borclu qalmış və hesabına 42.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 164.00 manat əsas borc, 14.00 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 435.00 manat əsas borc, 42.00 manat cərimə borcu və dövlət rüsumuna görə 30.00 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 164.00 (bir yüz altmış dörd) manat əsas borc, 14.00 (on dörd) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 435.00 (dörd yüz otuz beş) manat əsas borc, 42.00 (qırx iki) manat cərimə borcu və dövlət rüsumuna görə 30.00 (otuz) manat pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar