Məhkəmə qərarları › İş №e-2(036)-1624/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1624/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1624/2025 05.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-"xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 1400 (bir min dörd yüz) manat sığorta ödənişi məbləğinin və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində Cavabdeh Siracəddin oğlunun idarə etdiyi və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmış «Kia Rio” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncuya maddi zərər vurmuşdur. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP4868240 nömrəli İnzibati təbeh vermə haqqında qərara əsasən, Cavabdeh Siracəddin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Opel Astra” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1400,00 (bir min dörd yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA104957/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1400,00 (bir min dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli İcbari Sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı xx.xx.2021-xx.xx.2022 sığorta müddətində “Kia Rio” markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat və sağlamlığa vurulan zərərə görə 5000,0 manat məbləğində sığorta təminatı vermişdir. İşdə olan PXA104957 nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2021-xx.xx.2022 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış “Kia Rio” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş X1 idarə etdiyi “Opel Astra” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X2 dəymiş zərər 1400 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 1400 manat təşkil etmişdir. İşdə olan Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktına əsasən "xxxx" ASC tərəfindən ********** (419841******7617 xüsusi nömrə, İBAN nömrəsi AZ89HAJC**********0********) nömrəli plastik kart X2 verilmişdir. Sabunçu Rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, Cavabdeh Siracəddin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh məxsus “Kia Rio” markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış, beləliklə tərəflər arasında öhdəliklər yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Kia Rio” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində, kart X2 oğlunun idarə etdiyi “Opel Astra” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 idarə etdiyi “Kia Rio” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin zərər "xxxx" ASC tərəfindən ödənilmişdir. Ona görə də, 1400 (bir min dörd yüz) manat pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən Cavabdeh mülkiyyətində olan “Kia Rio” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh hadisəsi zamanı hadisə yerindən yayınması onun mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı "xxxx" ASC tərəfindən faydalanan şəxslərə 1400 manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1400 (bir min dörd yüz) manat zərər məbləği və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1434 (bir min dörd yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat zərər məbləği və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1434 (bir min dörd yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar