Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1625/2024 01.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 1356.16 manat ödənilməmiş hissə və 135.84 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 350.56 manat ödənilməmiş hissə və 35.44 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 165 manat ödənilməmiş hissə və 16 manat cərimə və ödənilmiş 40.59 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 1434.96 manat olan, LG LED TV, “Yupiter YP TV” markalı televizora görə ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 79.72 manat, ümumilikdə 1492 manat olmaqla, ondan 1356.16 manat ödənilməmiş hissəsi, 135.84 manat cərimə borcu yaranmışdır.
3. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 600.96 manat olan, İmei kod **********37166 “X1 12” markalı telefona görə ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 50.08 manat, ümumilikdə 386 manat olmaqla, ondan 350.56 manat ödənilməmiş hissəsi, 35.44 manat cərimə borcu yaranmışdır.
4. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 501 manat olan, İmei kod **********96654 “Nokia 6310” markalı telefon və “Samsung” markalı tozsorana görə ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 41.75 manat, ümumilikdə 181 manat olmaqla, ondan 165 manat ödənilməmiş hissəsi, 16 manat cərimə borcu yaranmışdır.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********96654 “Nokia 6310” markalı telefondan xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 171 manat qiymətləndirilib borcdan silinərək geri qaytarılmışdır.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 165 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 171 manat, ümumilikdə 336 manat təşkil edir.
7. Cavabdehin cəmi ödədiyi məbləğ 329.20 manat təşkil edir.
8. xx.xx.2023-ci il tarixli , xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.
9. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
10. İş materialları ilə müəyyən olur ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli , xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən ümumilikdə 2059 manat borcu qalmışdır.
11. İddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir.
12. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
13. İddia ərizəsinin verilməsi üçün 40.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
31. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.
32. Beləliklə, iş materialları ilə müəyyən olur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin Cəmiyyət qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
33. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
34. Eyni zamanda nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
36. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Ona görə də, məhkəmə xx.xx.2023-cü il tarixl alqı-satqı müqaviləsi üzrə cərimə məbləğinin 35 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cərimə məbləğinin 10 manat və xx.xx.2023-cü il tarixl alqı-satqı müqaviləsi üzrə cərimə məbləğinin 5 manat müəyyən edilməsini daha məqsədəmüvafiq və ədalətli hesab edir.
39. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2023cü il tarixli alqı-satqı müqavilələrinə əsasən 1356.16 manat ödənilməmiş hissə və 35 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 350.56 manat ödənilməmiş hissə və 10 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 165 manat ödənilməmiş hissə və 5 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 40.59 manat pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən 1356.16 manat ödənilməmiş hissə və 35 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 350.56 manat ödənilməmiş hissə və 10 manat cərimə, xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən 165 manat ödənilməmiş hissə və 5 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 40.59 manat pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Telman Quliyev