Məhkəmə qərarları › İş №e-2(036)-1669/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1669/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1669/2024 13.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger üçün 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 7.10 (yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon üçün 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat ödənilməmiş hissə, 43.94 (qırx üç manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 566 (beş yüz altmış altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger, İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon almış və nəticədə 566 (beş yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 875.88 (səkkiz yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat (18 ay 48.66 manat + 0) manat ilkin ödəniş İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger üçün ümumilikdə, 87 (səksən yeddi) manat olmaqla ondan, 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.10 (yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat (18 ay x 24.17 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon üçün ümumilikdə, 479 (dörd yüz yetmiş doqquz) manat olmaqla ondan, 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.94 (qırx üç manat doxsan dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon,Samsung 25 W Compact Charge, X1 2 il-dən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 795.98 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 795.98 manat, ümumilikdə, 795.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger, İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon almış və nəticədə 566 (beş yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 875.88 (səkkiz yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat (18 ay 48.66 manat + 0) manat ilkin ödəniş İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger üçün ümumilikdə, 87 (səksən yeddi) manat olmaqla ondan, 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.10 (yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat (18 ay x 24.17 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon üçün ümumilikdə, 479 (dörd yüz yetmiş doqquz) manat olmaqla ondan, 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.94 (qırx üç manat doxsan dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon,Samsung 25 W Compact Charge, X1 2 il-dən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 795.98 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 795.98 manat, ümumilikdə, 795.98 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger üçün 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 7.10 (yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon üçün 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat ödənilməmiş hissə, 43.94 (qırx üç manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 566 (beş yüz altmış altı) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger üçün 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 7.10 (yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon üçün 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat ödənilməmiş hissə, 43.94 (qırx üç manat doxsan dörd qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01550 Samsung Galaxy A24 markalı telefon, Vinil şəffaf, Vinil mat, Samsung 25 W Compact Charger üçün 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 7.10 (yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********39743 Xiaomi Redmi 10C markalı telefon üçün 435.06 (dörd yüz otuz beş manat altı qəpik) manat ödənilməmiş hissə, 43.94 (qırx üç manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 566 (beş yüz altmış altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar