Məhkəmə qərarları › İş №e-2(036)-1695/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1695/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1695/2025 17.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı MMC-nin - Cavabdeh qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, X2 3 İL xidməti 3 ədəd Hisense TV, Tozsoran Hoffmann, X1 üçün 1056.12 manat ödənilməmiş hissə, 105.61 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, X2 3 İL xidməti, Paket L xidməti, İmei kodu **********22796 Oppo A3X markalı telefon üçün 450 manat manat ödənilməmiş hissə, 45 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, Zəmanət + 3 İL, Asıl-Qonaq-TV Stend üçün, 448.02 manat ödənilməmiş hissə, 44.80 manat cərimə borcu, olmaqla, ümumilikdə 2149.55 (iki min yüz qırx doqquz manat, əlli beş qəpik) manat borcun və 41.50 (qırx bir manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, cavabdeh X2 3 İL xidməti 3 ədəd Hisense TV, Tozsoran Hoffmann, X1 almış nəticədə 1056.12 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1056.12 manat (yəni 12 ay x 88.01 manat + 0 manat ilkin ödəniş) olan X2 3 İL xidməti 3 ədəd Hisense TV, Tozsoran Hoffmann, X1 üçün ümumilikdə, 1161.73 manat olmaqla, ondan 1056.12 manat ödənilməmiş hissə, 105.61 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, X2 3 İL xidməti, Paket L xidməti, İmei kodu **********22796 Oppo A3X markalı telefon almış nəticədə 450 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 450 manat (yəni 18 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan X2 3 İL xidməti, Paket L xidməti, İmei kodu **********22796 Oppo A3X markalı telefon üçün ümumilikdə, 495 (dörd yüz doxsan beş) manat olmaqla, ondan ondan 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, Zəmanət + 3 İL, Asıl-Qonaq-TV Stend almış nəticədə 448.02 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 448.02 manat (yəni 18 ay x 24.89 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL, Asıl- Qonaq-TV Stend üçün ümumilikdə, 492.82 manat olmaqla, ondan 448.05 manat ödənilməmiş hissə, 44.80 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının tələbinin əsaslandırdığı və əmlakın dəyərini sübut edən sənədlər- tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, cavabdeh X2 3 İL xidməti 3 ədəd Hisense TV, Tozsoran Hoffmann, X1 üçün 0 manat ilkin ödəniş etmiş, qalıq məbləği 12 ay müddətində hər ay 88.01 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, X2 3 İL xidməti, Paket L xidməti, İmei kodu **********22796 Oppo A3X markalı telefon üçün 0 manat ilkin ödəniş etmiş, qalıq məbləği 18 ay müddətində hər ay 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, Zəmanət + 3 İL, Asıl-Qonaq-TV Stend üçün 0 manat ilkin ödəniş etmiş, qalıq məbləği 18 ay müddətində hər ay 24.89 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-631.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 52.80 manat, xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqaviləsi üzrə 22.50 manat, xx.xx.2024-cü il tarixli, ********** saylı alqısatqı müqaviləsi üzrə 22.40 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, cavabdeh X2 3 İL xidməti 3 ədəd Hisense TV, Tozsoran Hoffmann, X1 üçün 1056.12 manat ödənilməmiş hissə, 52.80 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, X2 3 İL xidməti, Paket L xidməti, İmei kodu **********22796 Oppo A3X markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 22.50 manat cərimə, xx.xx.2024cü il tarixli, ********** saylı müqaviləyə əsasən, Zəmanət + 3 İL, Asıl-Qonaq-TV Stend üçün 448.02 manat ödənilməmiş hissə, 22.40 manat cərimə, olmaqla, ümumilikdə 2051.84 (iki min əlli bir manat, səksən dörd qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, cavabdeh X2 3 İL xidməti 3 ədəd Hisense TV, Tozsoran Hoffmann, X1 üçün 1056.12 manat ödənilməmiş hissə, 52.80 manat cərimə, xx.xx.2024cü il tarixli, ********** saylı müqaviləyə əsasən, X2 3 İL xidməti, Paket L xidməti, İmei kodu **********22796 Oppo A3X markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 22.50 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, Zəmanət + 3 İL, Asıl-Qonaq-TV Stend üçün 448.02 manat ödənilməmiş hissə, 22.40 manat cərimə, olmaqla, ümumilikdə 2051.84 (iki min əlli bir manat, səksən dörd qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 41.50 manat dövlət rüsumunun 40.51 manatı Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilməli, qalan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, X2 3 İL xidməti 3 ədəd Hisense TV, Tozsoran Hoffmann, X1 üçün 1056.12 manat ödənilməmiş hissə, 52.80 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, X2 3 İL xidməti, Paket L xidməti, İmei kodu **********22796 Oppo A3X markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 22.50 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, Zəmanət + 3 İL, Asıl-Qonaq-TV Stend üçün 448.02 manat ödənilməmiş hissə, 22.40 manat cərimə, olmaqla, ümumilikdə 2051.84 (iki min əlli bir manat, səksən dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40.51 (qırx manat əlli bir qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar