Məhkəmə qərarları › İş №e-2(036)-1718/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1718/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1718/2023 06.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, 23255088 saylı alqı-satqı müqaviləsi üzrə 1149.80 manat əsas borc, 114.20 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli, 096552 saylı alqı-satqı müqaviləsi üzrə 349.96 manat əsas borc, 34.04 manat cərimə borcu olmaqla, ümumilikdə 1648.00 manat məbləğində borcun və 36.48 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 23255088 nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1891.80 manat dəyərində Samsung LED tv nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23255088 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1149.80 manat borclu qalmış və hesabına 114.20 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 096552 nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 769.96 manat dəyərində Samsung Galaxy A52 markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 096552 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 349.96 manat borclu qalmış və hesabına 34.04 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu (cərimə) azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23255088 saylı alqı-satqı müqaviləsi üzrə 1149.80 (bir min yüz qırx doqquz manat, səksən qəpik) manat əsas borc, 20.00 (iyirmi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 096552 saylı alqı-satqı müqaviləsi üzrə 349.96 (üç yüz qırx doqquz manat, doxsan altı qəpik) manat əsas borc, 5.00 (beş) manat cərimə borcu və dövlət rüsumuna görə 36.48 (otuz altı manat, qırx səkkiz qəpik) manat pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar