Məhkəmə qərarları › İş №e-2(036)-1755/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1755/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1755/2023 16.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1252.56 manat ödənilməmiş hissəsi, 381.4 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 3370.86 manat ödənilməmiş hissəsi, 1009.14 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1044.96 manat ödənilməmiş hissə, 313.04 manat dəbbə pulu, ümümilikdə 7372 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 93.72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “HOFFMANN” markalı plitə, “LG” markalı paltaryuyan maşın, “Gorenje” markalı soba və “HOFFMANN” markalı aspiratora görə 1194.99 manat ilkin ödəniş etməklə ödəniş cədvəli üzrə 3 ay müddətinə hər ay 424.19 manat olmaqla, cəmi 2467.56 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03601276 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “Samsung” markalı soyuducu üçün ilkin ödəniş etmədən ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 187.27 manat olmaqla, cəmi 3370.86 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03461032 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “LG Led” markalı televizor üçün 850 manat ilkin ödəniş etməklə ödəniş cədvəli üzrə 3 ay müddətinə hər ay 348.32 manat olmaqla, cəmi 1894.96 manat ödəməyi öhdəsinə götürmüşdür

5. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

6. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir.

7. Cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı əşyaların dəyərinin cəmi 5668.38 manat hissəsini ödəməmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ona cəmi 1703.58 manat məbləğində dəbbə (cərimə pulu) hesablanmışdır.

8. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir.

9. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

10. İddia ərizəsinin verilməsi üçün 93.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

30. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

31. Belə ki, iş materialları ilə müəyyən olur ki, «"xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “HOFFMANN” markalı plitə, “LG” markalı paltaryuyan maşın, “Gorenje” markalı soba və “HOFFMANN” markalı aspiratora görə 1194.99 manat ilkin ödəniş etməklə ödəniş cədvəli üzrə 3 ay müddətinə hər ay 424.19 manat olmaqla, cəmi 2467.56 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03601276 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “Samsung” markalı soyuducu üçün ilkin ödəniş etmədən ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 187.27 manat olmaqla, cəmi 3370.86 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03461032 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “LG Led” markalı televizor üçün 850 manat ilkin ödəniş etməklə ödəniş cədvəli üzrə 3 ay müddətinə hər ay 348.32 manat olmaqla, cəmi 1894.96 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı əşyaların dəyərini ödəməmişdir.

32. Nəticədə, cavabdehin "xxxx" MMC qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Hazırda cavabdeh aldığı əşyaların dəyərini ümumilikdə 5668.38 manat hissəsini ödəməmiş və 1703.58 manat dəbbə borcu qalmışdır.

33. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

36. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

37. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

40. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

41. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilib, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1252.56 manat ödənilməmiş hissəsi, 125 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 3370.86 manat ödənilməmiş hissəsi, 330 manat dəbbə pulu, xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1044.96 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 93.72 manat dövlət rüsumu tutulub, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1252.56 manat ödənilməmiş hissəsi, 125 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 3370.86 manat ödənilməmiş hissəsi, 330 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1044.96 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 93.72 manat dövlət rüsumu tutulub, iddiaçı «ABC Telecom” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar