Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1760/2023 02.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq haqqının və dəymiş madi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq haqqının və dəymiş madi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə lizinqə verilmiş 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobilin müvəqqəti sahiblik və istifadəsinə görə xx.xx.2023-cü il tarixə hesablanmış 1162.09 manat əsas borc, 734.04 manat mükafat və 618.01 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilin nasazlığı ilə əlaqədar yaranmış 6644 manat məbləğində maddi zərərin Cavabdeh tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən İddiaçı MMC -nin mülkiyyətindədir. İşdə olan Lizinq verən İddiaçı MMC ilə Lizinq alan X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsinin surətinə əsasən 20050,0 manat dəyərində «Chevrolet Nexla SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 3000,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 48 ay müddətində illik 15 faizlə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Müqavilənin 4.1.1-ci maddəsinə əsasən Lizinq alan bü müqavilə ilə müəyyən edilmiş şərtlərə riaəyət edərək Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə hüququ əldə edir. Müqavilənin 4.4.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektinin lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq öz vəsaiti hesabına lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamalıdır. Müqavilənin 9.1.4-cü maddəsinə əsasən Lizinq alan Lizinq ödənişlərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə ən azı 2 dəfə ardıcıl olaraq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə bu müqavilə Lizinq verənin təşəbbüsü ilə ləğv edilə bilər. İşdə olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktının surətinə əsasən Lizinq alan X1 verən İddiaçı MMC-nin mülkiyyətində olan «Chevrolet Nexla SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ALY 1037 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətinə əsasən Lizinq verən İddiaçı MMC ilə Lizinq alan X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY- 1037 saylı Daxili Lizinq müqaviləsi üzrə Lizinq alanın İddiaçı MMC qarşısındakı öhdəlikləri tam həcmdə Öhdəlikləri qəbul edən Cavabdeh ötürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli ALY 1037 nömrəli Müqaviləyə 3 saylı Əlavəyə (Lizinq ödənişlərinin qrafiki) əsasən Lizinq alan Cavabdeh xx.xx.2022-ci il tarixdə 3000,0 manat ödədikdən sonra xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 474,51 manat məbləğində lizinq haqqını ödəyərək 48 ay müddətində Lizinq verənə 20050,0 manat əsas və 5727,0 manat mükafat, cəmi 25777,0 ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktının surətinə əsasən Lizinq alan Cavabdeh Lizinq verən İddiaçı MMC-nin mülkiyyətində olan «Chevrolet Nexla SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 təhvil almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli Aktın surətinə əsasən «Chevrolet Nexla SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş vəziyyətdə ( sağ və sol güzgülər sınmış, sağ və sol faralar sınmış, sağ və sol qanadlar, kapot əzilmiş, duman faralar yoxdur və s.) evakuatorla gətirilərək İddiaçı MMC-ə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Aktın surətinə əsasən "xxxx" MMC servis mərkəzində texniki baxış zamanı «Chevrolet Nexla SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan ehtiyaz hissələri 4394,0 manat, görülən işlər isə 2250,0 manat məbləğində müəyyən edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 585 saylı arayışa əsasən xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə olan əsas borcu 1162.09 manat, mükafat üzrə 734.04 manat, cərimə 618.01 manat, cəmi 2514.14 manat təşkil edir. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Lizinq müqaviləsinin ləğv edilməli, Cavabdeh lizinq üzrə 1162.09 manat əsas borc, 734.04 manat mükafat və 50 manat cərimə məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. AR Mülki Məcəlləsinin 748-6.1-cı maddəsinə əsasən Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər AR Mülki Məcəlləsinin 748-7.1-ci maddəsində nəzərdə tutulan hallarda deyil, mülki hüquq pozuntusu nəticəsində yaranmışdır (zədələrin xarakterinə görə müəyyən edilir) və obyektiv surətdə hüquqa zidd əməllərlə əlaqədar deyil. Cavabdeh mülki hüquq pozuntusu törətməkdə təqsirli olub olmadığı və sığorta məsələsinin hansı qaydada həll edildiyi müəyyən edilmədiyindən İddiaçı MMC “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin ödənilməsini ondan tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış (xx.xx.2022-ci il tarixli ALY 1037 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi ilə) xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Lizinq müqaviləsi ləğv edilsin; Cavabdeh 1162.09 (min bir yüz altmış iki) manat əsas borc, 734.04 (yeddi yüz otuz dörd) manat mükafat və 50 (əlli) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 111.59 ( yüz on bir) manat tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-1760/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1760/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver