Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1775/2025 19.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən 1943 manat əsas borcun və 39,43 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının, 2,20 manat məktub pulunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən 1943 manat əsas borcun və 39,43 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının, 2,20 manat məktub pulunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sevgi Mebel” mağazası ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, aldığı “Mgc qazan 40 sm qırmızı ,Mgc qazan 40 sm qara” qazan dəstlərinin 20 manat ilkin ödəniş olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 280 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, aldığı “SAMSUNG A05S (128 GB)” markalı telefonun 0 manat ilkin ödəniş olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 429 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, aldığı “TV Led Shvakı 43H3403” markalı televizor 0 manat ilkin ödəniş olmaqla 18 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla cəmi 629 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh arasında bağlanılmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, aldığı “Avinas ütü- Av 248” markalı ütünü 0 manat ilkin ödəniş olmaqla 18 ay ödəniş cədvəli üzrə hər ay 4 manat olmaqla cəmi 72 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, aldığı “HONOR X8a (6 GB/128 GB)” markalı telefonu 0 manat ilkin ödəniş olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, aldığı “kur künc divan (taxta qol)” markalı künc divanını 0 manat ilkin ödəniş olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 55 manat olmaqla cəmi 659 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh birinci müqavilənin şərtini pozaraq, 146 manat pul ödəyib və qalıq qalmış 134 manat, ikinci müqavilənin şərtini pozaraq, 152 manat pul ödəyib və qalıq qalmış 277 manat, üçüncü müqavilənin şərtini pozaraq, 175 manat pul ödəyib və qalıq qalmış 454 manat, dördüncü müqavilənin şərtini pozaraq, 0 manat pul ödəyib və qalıq qalmış 72 manat, beşinci müqavilənin şərtini pozaraq, 42 manat pul ödəyib və qalıq qalmış 457 manat, altıncı müqavilənin şərtini pozaraq, 110 manat pul ödəyib və qalıq qalmış 549 manat, ümumilikdə 1943 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2 (iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Gecikmələrdən irəli gələn dəbbə pulu isə 0 (sıfır) manat təşkil edir. Beləliklə cavabdehin “Sevgi Mebel” mağazasına olan borcu 1943 manat əsas 0 manat dəbbə, cəmi 1943 manat təşkil etmişdir. Ona görə də, 1943 manat məbləğində borc Cavabdeh tutularaq “Sevgi Mebel” mağazasının müdüri İddiaçı hesabına ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 280 manat olan “MGC qazan 40 sm qırmızı, MGC qazan sm qara” qazanı 12 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 134 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 429 manat olan “Samsung A055(128GB)” markalı telefonu 12 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 277 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 72 manat olan “Avinas ütü-AV 248” markalı ütünü 18 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 72 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 629 manat olan “X1 43H3403” markalı televizoru 18 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 454 manat məbləğində borcu qalmışdır. xx.xx.2024cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 499 manat olan “Honor X8A” markalı telefonu 12 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 457 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 659 manat olan “kür künc divan (taxta qol)” markalı divanı 18 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 549 manat məbləğində borcu qalmışdır.
7. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
8. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəlikləri tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin, maliyyə arayışının, təhvil-təslim aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malı cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alğı-satqı müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
9. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alğı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən cavabdehə mallar satılmaqla təhvil verilmiş, cavabdehin həmin malların dəyərindən ümumilikdə 1943 manat məbləğində borcu qalmışdır. Beləliklə, müqavilələr üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
10. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən 1943 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
11. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
12. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 39,43 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı məbləği və 2,20 manat məktub pulu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
13. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən 1943 manat borc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş ödənilmiş 39,43 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı məbləği və 2,20 manat məktub pulu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.