Məhkəmə qərarları › İş №e-2(036)-1779/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1779/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1779/2025 25.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı MMC-nin - Cavabdeh qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, «Hoffmann» markalı soyuducu üçün 1482 (bir min dörd yüz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 148.2 (bir yüz qırx səkkiz manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 03669036 saylı müqaviləyə əsasən, İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti üçün 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 40.09 (qırx manat doqquz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, İmei kod **********96064 «Xiaomi Redmi 13 C » markalı telefon, Paket L xidməti, X2 2 il xidməti üçün 329.04 (üç yüz iyirmi doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 32.90 (otuz iki manat doxsan qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 09633596 saylı müqaviləyə əsasən, «Gorenje» markalı mikrodalğalı soba üçün 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 10.8 (on manat səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə 2551.96 (iki min beş yüz əlli bir manat doxsan altı qəpik) manat borcun və 32.10 (otuz iki manat on qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2024-cü il tarixli 03669036 saylı, xx.xx.2024-cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli 09633596 müqavilələrə əsasən, cavabdeh «Hoffmann» markalı soyuducu və İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti, İmei kod **********96064 «Xiaomi Redmi 13 C » , Paket L xidməti, X1 2 il xidməti, «Goranje » markalı mikrodalğalı soba almış və nəticədə 2551.96 (iki min beş yüz əlli bir manat doxsan altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1638 manat (24 ay x 68.25 manat + 0 manat ilkin ödəniş) olan «Zəmanət + 3 il » xidməti, «Hoffmann» markalı soyuducu üçün ümumilikdə, 1630.2 (bir min altı yüz otuz manat iyirmi qəpik) manat olmaqla ondan, 1482 (bir min dörd yüz səksən iki manat ) manat ödənilməmiş hissə, 148.2 (bir yüz qırx səkkiz manat iyirmi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli 03669036 müqaviləyə əsasən, alqı-satqı qiyməti 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat (12 ay x 33.41 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti üçün ümumilikdə, 441.1 manat olmaqla ondan, 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 40.09 (qırx manat doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 329.04 manat (18 ay x 18.28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********96064 «Xiaomi Redmi 13 C » markalı telefon, «Paket L» xidməti, «X1 2 il » xidməti üçün ümumilikdə, 361.94 manat olmaqla ondan, 329.04 (üç yüz iyirmi doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 32.90 (otuz iki manat doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 09633596 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 108 manat (12 ay x 9 manat + 0 manat ilkin ödəniş) olan «Goronje » markalı mikrodalğalı soba üçün ümumilikdə, 118.8 manat olmaqla ondan, 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 10.08 (on manat səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində Zəmanət +3 il xidmətindən imtina etmiş və məhsul 156 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məblğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 156 manat, digər müqaviləər üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il , xx.xx.2024-cü il ,xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2024cü il tarixli 03669036 saylı, xx.xx.2024-cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli 09633596 saylı müqavilələrə əsasən, cavabdeh «Hoffmann» markalı soyuducu və İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti, İmei kod **********96064 «Xiaomi Redmi 13 C » , Paket L xidməti, X1 2 il xidməti, «Goranje » markalı mikrodalğalı soba almış və nəticədə 2551.96 (iki min beş yüz əlli bir manat doxsan altı qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə nəticədə xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1638 manat (24 ay x 68.25 manat + 0 manat ilkin ödəniş) olan «Zəmanət + 3 il » xidməti, «Hoffmann» markalı soyuducu üçün ümumilikdə, 1630.2 (bir min altı yüz otuz manat iyirmi qəpik) manat olmaqla ondan, 1482 (bir min dörd yüz səksən iki manat) manat ödənilməmiş hissə, 148.2 (bir yüz qırx səkkiz manat iyirmi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli 03669036 müqaviləyə əsasən, alqı-satqı qiyməti 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat (12 ay x 33.41 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti üçün ümumilikdə, 441.1 manat olmaqla ondan, 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 40.09 (qırx manat doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 329.04 manat (18 ay x 18.28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********96064 «Xiaomi Redmi 13 C » markalı telefon, «Paket L» xidməti, «X1 2 il » xidməti üçün ümumilikdə, 361.94 manat olmaqla ondan, 329.04 (üç yüz iyirmi doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 32.90 (otuz iki manat doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 09633596 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 108 manat (12 ay x 9 manat + 0 manat ilkin ödəniş) olan «Goronje » markalı mikrodalğalı soba üçün ümumilikdə, 118.8 manat olmaqla ondan, 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 10.08 (on manat səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində Zəmanət +3 il xidmətindən imtina etmiş və məhsul 156 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məblğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 156 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-631.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 74.10 manat , xx.xx.2024-cü il tarixli 03669036 saylı alqı-satqı müqaviləsi üzrə 20.46 manat, xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 16.45 manat və xx.xx.2024-cü il tarixli 09633596 saylı alqı-satqı müqaviləsi üzrə 5.4 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, cavabdehdən «Hoffmann» markalı soyuducu üçün 1482 (bir min dörd yüz səksən iki manat) manat ödənilməmiş hissə, 74.10 (yetmiş dörd manat 10 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 03669036 saylı müqaviləsinə əsasən, İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti üçün 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 20.46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləsinə əsasən İmei kod **********96064 «Xiaomi Redmi 13 C» markalı telefon, Paket L xidməti, X1 2 il xidməti üçün 329.04 (üç yüz iyirmi doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 16.45 (on altı manat qırx beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 09633596 saylı müqaviləsinə əsasən «Goranje» markalı mikrodalğalı soba üçün 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 5.4 (beş manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2436.73 (iki min dörd yüz otuz altı manat yetmiş üç qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, cavabdehdən «Hoffmann» markalı soyuducu üçün 1482 (bir min dörd yüz səksən iki manat) manat ödənilməmiş hissə, 74.10 (yetmiş dörd manat 10 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 03669036 saylı müqaviləsinə əsasən, İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti üçün 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 20.46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləsinə əsasən İmei kod **********96064 «Xiaomi Redmi 13 C» markalı telefon, Paket L xidməti, X1 2 il xidməti üçün 329.04 (üç yüz iyirmi doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 16.45 (on altı manat qırx beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 09633596 saylı müqaviləsinə əsasən «Goranje» markalı mikrodalğalı soba üçün 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 5.4 (beş manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2436.73 (iki min dörd yüz otuz altı manat yetmiş üç qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 45.52 manat dövlət rüsumunun 44.37 manatı Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilməli, qalan 1.15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, cavabdehdən «Hoffmann» markalı soyuducu üçün 1482 (bir min dörd yüz səksən iki manat) manat ödənilməmiş hissə, 74.10 (yetmiş dörd manat 10 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 03669036 saylı müqaviləsinə əsasən, İmei kodu **********31536 «Oppo A3X» markalı telefon , Paket M xidməti , X1 2 il xidməti üçün 400.92 (dörd yüz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 20.46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləsinə əsasən İmei kod **********96064 «Xiaomi Redmi 13 C» markalı telefon, Paket L xidməti, X1 2 il xidməti üçün 329.04 (üç yüz iyirmi doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 16.45 (on altı manat qırx beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 09633596 saylı müqaviləsinə əsasən «Goranje» markalı mikrodalğalı soba üçün 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 5.4 (beş manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2436.73 (iki min dörd yüz otuz altı manat yetmiş üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 44.37 (qırx dörd manat otuz yeddi qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar