Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1818/2023 06.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, 24041525 saylı alqı-satqı müqaviləsi üzrə 653.40 manat əsas borc, 65.60 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 216.00 manat əsas borc, 21.00 manat cərimə borcu olmaqla, ümumilikdə 956.00 manat məbləğində borcun və 30.00 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 24041525 nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 653.40 manat dəyərində Xiaomi Poco M3 markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 24041525 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 653.40 manat borclu qalmış və hesabına 65.60 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 216.00 manat dəyərində Xiaomi Redmi 9 markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 216.00 manat borclu qalmış və hesabına 21.00 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli, 24041525 saylı alqı-satqı müqaviləsi üzrə 653.40 manat əsas borc, 65.60 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 216.00 manat əsas borc, 21.00 manat cərimə borcu və dövlət rüsumuna görə 30.0 manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 24041525 saylı alqı-satqı müqaviləsi üzrə 653.40 (altı yüz əlli üç manat, qırx qəpik) manat əsas borc, 65.60 (altmış beş manat, altmış qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 216.00 (iki yüz on altı) manat əsas borc, 21.00 (iyirmi bir) manat cərimə borcu və dövlət rüsumuna görə 30.00 (otuz) manat pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-1818/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1818/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver