Məhkəmə qərarları › İş №e-2(036)-1907/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1907/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1907/2024 04.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 44,1 AZN əsas, 6,6 AZN cərimə, cəmi 50,7 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1123,6 AZN əsas, 168,5 AZN cərimə, cəmi 1292,1 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 583,9 AZN əsas, 87,5 AZN cərimə, cəmi 671,4 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 112,9 AZN əsas, 16,9 AZN cərimə, cəmi 129,8 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 1864,5 AZN əsas, 279,5 AZN cərimə, 2144 AZN cəmi borcun və 41,44 AZN ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 44,1 AZN əsas, 6,6 AZN cərimə, cəmi 50,7 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1123,6 AZN əsas, 168,5 AZN cərimə, cəmi 1292,1 AZN borc, xx.xx.2023cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 583,9 AZN əsas, 87,5 AZN cərimə, cəmi 671,4 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 112,9 AZN əsas, 16,9 AZN cərimə, cəmi 129,8 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 1864,5 AZN əsas, 279,5 AZN cərimə, 2144 AZN cəmi borcun və 41,44 AZN ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 104,99 manat, aylıq ödənişi 6,00 manat, müddəti isə 18 ay olmaqla XM markalı saç qurudan fen, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 1499,86 manat, aylıq ödənişi 84,00 manat, müddəti isə 18 ay olmaqla Samsung markalı mobil telefon və aksesuarlar, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 719,98 manat, aylıq ödənişi 40,00 manat, müddəti isə 18 ay olmaqla Taube markalı televizor və 1 ədəd saat, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 454,97 manat, aylıq ödənişi 38,00 manat, müddəti isə 12 ay olmaqla Honor markalı mobil telefon və 2 ədəd aksesuar Cavabdeh2 satılmışdır. Cavabdeh2 tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 6,00 manat olmaqla xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 40,00 manat olmaqla xx.xx.2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 16,00 manat olmaqla xx.xx.2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 4,00 manat olmaqla xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqavilələrin şərtlərini pozması nəticəsində iddiaçı qarşısında ödənilməmiş əsas borc məbləği xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 44,1 AZN əsas, 6,6 AZN cərimə, cəmi 50,7 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1123,6 AZN əsas, 168,5 AZN cərimə, cəmi 1292,1 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 583,9 AZN əsas, 87,5 AZN cərimə, cəmi 671,4 AZN borc, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 112,9 AZN əsas, 16,9 AZN cərimə, cəmi 129,8 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 1864,5 AZN əsas, 279,5 AZN cərimə, 2144 AZN cəmi yaranmış borc öhdəliyi qalmışdır. Nisyə alqı-satqı müqavilələrinə 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilməklə cavabdeh tərəfindən ödənilməli cərimə xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 6,6 AZN, xx.xx.2023cü il tarixli ********* saylı müqavilə üzrə 168,5 AZN, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə 87,5 AZN, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 16,9 AZN müəyyən edilmişdir. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan cəmi məbləğ 2144 manat təşkil edir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Cavabdehlər məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 104,99 manat, aylıq ödənişi 6,00 manat, müddəti isə 18 ay olmaqla XM markalı saç qurudan fen, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 1499,86 manat, aylıq ödənişi 84,00 manat, müddəti isə 18 ay olmaqla Samsung markalı mobil telefon və aksesuarlar, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 719,98 manat, aylıq ödənişi 40,00 manat, müddəti isə 18 ay olmaqla Taube markalı televizor və 1 ədəd saat, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən dəyəri 454,97 manat, aylıq ödənişi 38,00 manat, müddəti isə 12 ay olmaqla Honor markalı mobil telefon və 2 ədəd aksesuar Cavabdeh2 satılmış, cavabdeh həmin malların dəyərindən 1864,5 manat məbləğində borcu qalmışdır. Eyni zamanda Cavabdeh2 iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında müddətli (Nisyə) alqı-satqı müqavilələrinin təminatı olaraq xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

7. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

8. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyləri alqı-satqı müqavilələrindən və zaminlik müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları Cavabdeh2 vermiş, bunun nəticəsində iddiaçının Cavabdeh2, eyni zamanda zaminlik müqaviləsi üzrə Cavabdeh1 müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmışdır. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqavilələri, zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

9. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən Cavabdeh2 mallar satılmaqla təhvil verilmiş, Cavabdeh2 həmin malların dəyərindən 1864,5 manat məbləğində borcu qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

10. Məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir.

11. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

12. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə 1 saylı əlavənin 3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir.

13. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

14. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmaqla, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 2 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 56 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə 29 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 5 manat məbləğlərində cərimə pulları cavabdehdən tutulmalıdır.

15. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

16. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 41,44 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli 3,63 manat məbləğ çıxılmaqla, qalan 37,81 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 44,1 manat əsas, 2 manat cərimə, xx.xx.2023cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1123,6 manat əsas, 56 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 583,9 manat əsas, 29 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 112,9 manat əsas, 5 manat cərimə, cəmi 1956,5 manat borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 44,1 manat əsas, 2 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 1123,6 manat əsas, 56 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 583,9 manat əsas, 29 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 112,9 manat əsas, 5 manat cərimə, cəmi 1956,5 manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 41,44 manat dövlət rüsumunun 37,81 manat məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin, qalan 3,63 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar