Məhkəmə qərarları › İş №e-2(036)-1915/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1915/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1915/2023 14.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin ödənilməsi tələbinə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh xx.xx.2019-cu il tarixli Y20K5703601 sayli müqaviləsi üzrə 34 manat əsas borc, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli Y20K5758442 saylı müqavilə üzrə 195 manat əsas borc, 59 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli Y20K5817689 saylı müqaviləsi üzrə 1000 manat əsas borc, 300 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli Y20K5851250 saylı alğı-satqı müqaviləsi üzrə 321 manat əsas borc, 96 manat dəbbə pulu və 41 manat dövlət rüsumu olmaqla, cəmi 2056 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı və Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Y20K5703601 sayli müqaviləsinə əsasən, 474 manat dəyəri olan 1 ədəd “Huawei Y7” markalı mobil telefonu 6 manat ilkin ödəniş etməklə, qalan 468 manat pulu ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 39 manat olmaqla hər ayın 28-nə kimi ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2019-cu il tarixli Y20K5758442 saylı müqaviləsinə əsasən, 499 manat dəyəri olan 1 ədəd “X3 7” markalı telefon üçün 31 manat ilkin ödəniş olmaqla, 468 manat pulu 12 ay müddətinə aylıq 39 manat olmaqla, hər ayın 06-dək ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2020-ci il tarixli Y20K5817689 saylı müqaviləsi üzrə 1200 manat dəyəri olan 1 ədəd “Lenevo” markalı noutbook üçün ilkin ödəniş olmadan, ödəniş cəvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 50 manat olmaqla, hər ayın 03-dək ödəməyi öhdəsinə götürmüşdür.

5. xx.xx.2020-ci il tarixli Y20K5851250 saylı alğı-satqı müqaviləsinə əsasən, satıcı ümumi dəyəri 700 manat olan 1 ədəd “Beko HBA 7756X” markalı blender və 1 ədəd “Riffel” markalı mebel içi soba üçün 10 manat ilkin ödəniş etməklə, qalan 690 manat pulu ödəniş cədvəlinə uyğun olaraq, 15 ay müddətinə, aylıq 46 manat olmaqla, hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

6. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5703601 nömrəli müqavilə üzrə 34 manat əsas borc, 10 manat dəbbə pulu olmaqla 44 manat, Y20K5758442 nömrəli müqavilə üzrə 195 manat əsas borc, 59 manat dəbbə pulu olmaqla 254 manat, Y20K5817689 nömrəli müqavilə üzrə 1000 manat əsas borc, 300 manat dəbbə pulu olmaqla 1300 manat və Y20K5851250 nömrəli müqavilə üzrə 321 manat əsas borc, 96 manat dəbbə pulu olmaqla 417 manat borcu yaranmışdır.

7. Alıcı tərəfindən Y20K5703601 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 5 manat; Y20K5758442 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 39 manat; Y20K5817689 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 50 manat və Y20K5851250 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 37 manat ödəniş edilmişdir.

8. Müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2(iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.

9. Alqı-satqı müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək tərəflərin vəzifəsidir.

10. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.

11. İddia ərizəsinin verilməsi üçün 41 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

29. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.

30. Beləliklə, iş materialları ilə müəyyən olur ki, alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

31. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin ödənilməsi tələbinə dair iddiası təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli Y20K5703601 saylı müqaviləsi üzrə 34 manat əsas borc,10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli Y20K5758442 saylı müqavilə üzrə 195 manat əsas borc, 59 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli Y20K5817689 saylı müqaviləsi üzrə 1000 manat əsas borc, 300 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli Y20K5851250 saylı alğı-satqı müqaviləsi üzrə 321 manat əsas borc, 96 manat dəbbə pulu və 41 manat dövlət rüsumu olmaqla, cəmi 2056 manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar