Məhkəmə qərarları › İş №e-2(036)-1916/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1916/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1916/2025 09.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı MMC-nin - cavabdeh X2 qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X2 qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Lg üçün 972 (doqquz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 97.20 (doxsan yeddi manat, 20 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********15557 Oppo A58, Paket L xidməti, X5 2 İL xidməti üçün, 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, 61.49 (altmış bir manat, 49 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********48604 Xiaomi Redmi 13, Paket L xidməti, X5 2 İL xidməti üçün 601.02 (altı yüz bir manat 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 60.10 (altmş manat 10 qəpik) manat cərimə, ümumilikdə 2430.29 manat borc, 44.31 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı1ş5.11.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Paltaryuyan Lg, İmei kod **********15557 Oppo A58 , Paket L xidməti, X5 2 İL xidməti, İmei kod **********48604 Xıaomı Redmı 13, Paket L xidməti, X5 2 İL xidmaəlmtiış və nəticədə 2430.29 (iki min dörd yüz otyz manat. 29 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 972 (doqquz yü zyetmiş iki) manat (18 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Lg üçün ümumilikdə, 1069.2 (birmin altmış doqquz manat, 20 qəpik ) manat olmaqla ondan, 972 (doqquz yü zyetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 97.20 (doxsan yeddi manat, 20 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat (18 ay x 34.16 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********15557 Oppo A58 , Paket L xidməti, X5 2 İL xidməti üçün ümumilikdə, 676.37 (altı yüz yetmçiş altı manat, 37 qəpik) manat olmaqla ondan, 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.49 (altmış bir manat, 49 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 601.02 (altı yüz bir manat. 2 qəpik) manat (18 ay x 33.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********48604 Xıaomı Redmı 13, Paket L xidməti, X5 2 İL xidmüəçtiün ümumilikdə, 684.72 (altı yüz səksən dörd manat, 72 qəpik) manat olmaqla ondan, 601.02 (altı yüz bir manat. 2 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum , müştəriyə güzəşt olunaraq 60.10 (altmş manat 10 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı1ş5.11.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Paltaryuyan Lg, İmei kod **********15557 Oppo A58 , Paket L xidməti, X5 2 İL xidməti, İmei kod **********48604 Xıaomı Redmı 13, Paket L xidməti, X5 2 İL xidmaəlmtiış və nəticədə 2430.29 (iki min dörd yüz otuz manat. 29 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 972 (doqquz yüz yetmiş iki) manat (18 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Lg üçün ümumilikdə, 1069.2 (birmin altmış doqquz manat, 20 qəpik ) manat olmaqla ondan, 972 (doqquz yü zyetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 97.20 (doxsan yeddi manat, 20 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat (18 ay x 34.16 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********15557 Oppo A58 , PAKET L xidməti, X5 2 İL xidməti üçün ümumilikdə, 676.37 (altı yüz yetmçiş altı manat, 37 qəpik) manat olmaqla ondan, 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.49 (altmış bir manat, 49 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 601.02 (altı yüz bir manat. 2 qəpik) manat (18 ay x 33.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********48604 Xıaomı Redmı 13, Paket L xidməti, X5 2 İL xidməti üçün ümumilikdə, 684.72 (altı yüz səksən dörd manat, 72 qəpik) manat olmaqla ondan, 601.02 (altı yüz bir manat. 2 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum , müştəriyə güzəşt olunaraq 60.10 (altmş manat 10 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Bundan başqa müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. İşdə olan arayışdan görünür ki, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23.60 manat rüsum ödənilmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə 48.60 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 30.74 manat və xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 30.05 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, X3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Lg üçün 972 (doqquz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 48.60 (qırx səkkiz manat, 60 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********15557 Oppo A58, Paket L xidməti, X5 2 İL xidməti üçün n, 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, 30.74 (otuz manat, 74 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********48604 Xiaomi Redmi 13, Paket L xidməti, X5 2 İL xidməti üçün 601.02 (altı yüz bir manat 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 30.05 (otuz manat 05 qəpik) manat cərimə, ümumilikdə 2320.89 (iki min üç yüz iyirmi manat 89 qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Lg üçün 972 (doqquz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 48.60 (qırx səkkiz manat, 60 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********15557 Oppo A58, Paket L xidməti, X5 2 İL xidməti üçün n, 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, 30.74 (otuz manat, 74 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********48604 Xiaomi Redmi 13, Paket L xidməti, X5 2 İL xidməti üçün 601.02 (altı yüz bir manat 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 30.05 (otuz manat 05 qəpik) manat cərimə, ümumilikdə 2320.89 (iki min üç yüz iyirmi manat 89 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.21 (qırx üç manat 21 qəpik) manat cavabdeh X1 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Lg üçün 972 (doqquz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 48.60 (qırx səkkiz manat, 60 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********15557 Oppo A58, Paket L xidməti, X5 2 İL xidməti üçün n, 614.88 (altı yüz on dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, 30.74 (otuz manat, 74 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********48604 Xiaomi Redmi 13, Paket L xidməti, X5 2 İL xidməti üçün 601.02 (altı yüz bir manat 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 30.05 (otuz manat 05 qəpik) manat cərimə, ümumilikdə 2320.89 (iki min üç yüz iyirmi manat 89 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.21 (qırx üç manat 21 qəpik) manat cavabdeh X1 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar