Məhkəmə qərarları › İş №e-2(036)-1920/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1920/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1920/2025 07.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələrinə əsasən 1606 manat əsas borcun və 36,06 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının, 4,40 manat məktub pulunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli nisyə alğısatqı müqavilələrinə əsasən 1606 manat əsas borcun və 36,06 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının, 4,40 manat məktub pulunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sevgi Mebel” mağazası ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, aldığı “Yoshiro 180/181” markalı kondisioner üçün 100 manat ilkin ödəniş olmaqla 18 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 1410 manat ödəməyi öhdəsinə götürmüşlər. Cavabdehlər Cavabdeh və Zamin arasında bağlanılmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, aldığı “Toshiba BL70 A2Z” markalı paltaryuyan üçün 70 manat ilkin ödəniş olmaqla 15 ay ödəniş cədvəli üzrə hər ay 65 manat olmaqla cəmi 1045 manat ödəməyi öhdəsinə götürmüşlər. Lakin cavabdehlər birinci müqavilənin şərtini pozaraq, 483 manat pul ödəyib və qalıq qalmış 927 manat, ikinci müqavilənin şərtini pozaraq, 366 manat pul ödəyib və qalıq qalmiş 679 manat, ümumilikdə 1606 manat borcu ödəməmişlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh və Zamin borcu ödəməkdən boyun qaçmışlar. Nisyə alğı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2 (iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Gecikmələrdən irəli gələn dəbbə pulu isə 0 (sıfır) manat təşkil edir. Beləliklə cavabdehlərin “Sevgi Mebel” mağazasına olan borcu 1606 manat əsas 0 manat dəbbə, cəmi 1606 manat təşkil etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Cavabdehlər məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişlər.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı Cavabdeh ümumi dəyəri 1045 manat olan “Toshiba BL70 A2Z” markalı paltaryuyanı 15 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 679 manat məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı Cavabdeh ümumi dəyəri 1410 manat olan “Yoshiro 180/181” markalı kondisioneri 18 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən 927 manat məbləğində borcu qalmışdır. Eyni zamanda borclunun öhdəliyinin təminatı olaraq iddiaçı ilə Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır.

7. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

8. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəlikləri tərəflər arasında bağlanmış alğı-satqı və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin, maliyyə arayışının, təhvil-təslim aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malı Cavabdeh vermiş, bunun nəticəsində iddiaçının cavabdehlərdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdehlər üzərlərinə düşən öhdəliyi icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

9. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə mallar satılmaqla təhvil verilmiş, cavabdehin həmin malların dəyərindən ümumilikdə 1606 manat məbləğində borcu qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

10. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələrinə əsasən 1606 manat borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

11. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

12. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 36,06 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı məbləği və 4,40 manat məktub pulu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

VI. Nəticə:

13. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5.3, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələrinə əsasən 1606 manat borc cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 36,06 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı məbləği və 4,40 manat məktub pulu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar