Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1937/2025 15.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, soyuducu Lg üçün 2279.34 (iki min iki yüz yetmiş doqquz manat, 34 qəpik) manat ödənilməmiş hissə, 227.93 (iki yüz iyirmi yeddi manat, 93 qəpik) manat dəbbə; xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, soyuducu Lg üçün 1836 (min səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, 183.60 (yüz səksən üç manat,60 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, paltaryuyan LG üçün 1133.06 manat ödənilməmiş hissə, 113.31 (yüz on üç manat, 31 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 İL Xidməti, paket L xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon üçün 581.94 (beş yüz səksən bir manat, 94 qəpik) manat ödənilməmiş hissə, 58.19 (əlli səkkiz manat, 19 qəpik) manat dəbbə, ümumilikdə 6413.37 manat borc və 84.14 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli müqavilələrə əsasən, Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg, Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg, Zəmanət + 3 İL Xidməti, Paltaryuyan Lg, X1 2 İL Xidməti, Paket L Xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon almış və nəticədə 6413.37 (altı min dörd yüz on üç manat, 37 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2679.34 (iki min altı yüz yetmiş doqquz manat, 34 qəpik) manat (18 ay x 126.63 manat + 400 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg üçün ümumilikdə, 2507.27 (iki min beş yüz yeddi manat, 27 qəpik) manat olmaqla ondan, 2279.34 (iki min iki yüz yetmiş doqquz manat, 34 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 227.93 (iki yüz iyirmi yeddi manat, 93 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2176 (iki min yüz yetmiş altı) manat (24 ay x 76.50 manat + 340 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg üçün ümumilikdə, 2019.60 (iki min on doqquz manat, 60 qəpik) manat olmaqla ondan 1836 (min səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 183.60 (yüz səksən üç manat,60 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1200.06 (min iki yüz manat, 06 qəpik) manat (18 ay x 66.67 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL Xidməti, Paltaryuyan Lg üçün ümumilikdə, , 1246.37 (min iki yüz qırx altı manat, 37 qəpik) manat olmaqla ondan 1133.06 (min yüz otuz üç manat, 06 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 113.31 (yüz on üç manat, 31 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 671.94 (altı yüz yetmiş bir manat, 94 qəpik) manat (18 ay x 32.23 manat + 90 manat ilkin ödəniş) Olan X12 İL Xidməti, Paket L Xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon üçün ümumilikdə, 640.13 (altı yüz qırx manat, 13 qəpik) manat olmaqla ondan, 581.94 (beş yüz səksən bir manat, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.19 (əlli səkkiz manat, 19 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 897 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli müqavilələrə əsasən, Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg, Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg, Zəmanət + 3 İL Xidməti, Paltaryuyan Lg, X1 2 İL Xidməti, Paket L Xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon almış və nəticədə 6413.37 (altı min dörd yüz on üç manat, 37 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2679.34 (iki min altı yüz yetmiş doqquz manat, 34 qəpik) manat (18 ay x 126.63 manat + 400 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg üçün ümumilikdə, 2507.27 (iki min beş yüz yeddi manat, 27 qəpik) manat olmaqla ondan, 2279.34 (iki min iki yüz yetmiş doqquz manat, 34 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 227.93 (iki yüz iyirmi yeddi manat, 93 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2176 (iki min yüz yetmiş altı) manat (24 ay x 76.50 manat + 340 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL Xidməti, Soyuducu Lg üçün ümumilikdə, 2019.60 (iki min on doqquz manat, 60 qəpik) manat olmaqla ondan 1836 (min səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 183.60 (yüz səksən üç manat,60 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1200.06 (min iki yüz manat, 06 qəpik) manat (18 ay x 66.67 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL Xidməti, Paltaryuyan Lg üçün ümumilikdə, , 1246.37 (min iki yüz qırx altı manat, 37 qəpik) manat olmaqla ondan 1133.06 (min yüz otuz üç manat, 06 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 113.31 (yüz on üç manat, 31 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 671.94 (altı yüz yetmiş bir manat, 94 qəpik) manat (18 ay x 32.23 manat + 90 manat ilkin ödəniş) Olan X12 İL Xidməti, Paket L Xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon üçün ümumilikdə, 640.13 (altı yüz qırx manat, 13 qəpik) manat olmaqla ondan, 581.94 (beş yüz səksən bir manat, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.19 (əlli səkkiz manat, 19 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 897 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-631.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə 113.97 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 91.8 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 56.65 manat və xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 29.10 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, soyuducu Lg üçün 2279.34 manat ödənilməmiş hissə, 113.97 manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, soyuducu Lg üçün 1836 manat ödənilməmiş hissə, 91.8 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, paltaryuyan LG üçün 1133.06 manat ödənilməmiş hissə, 56.65 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 İL Xidməti, paket L xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon üçün 581.94 manat ödənilməmiş hissə, 29.10 manat dəbbə, ümumilikdə 6121.86 manat borc manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, soyuducu Lg üçün 2279.34 manat ödənilməmiş hissə, 113.97 manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, soyuducu Lg üçün 1836 manat ödənilməmiş hissə, 91.8 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 İL Xidməti, paltaryuyan LG üçün 1133.06 manat ödənilməmiş hissə, 56.65 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 İL Xidməti, paket L xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon üçün 581.94 manat ödənilməmiş hissə, 29.10 manat dəbbə, ümumilikdə 6121.86 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 84.14 manat dövlət rüsumunun 81.22 manatı Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilməli, qalan 2.92 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, soyuducu Lg üçün 2279.34 manat ödənilməmiş hissə, 113.97 manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, soyuducu Lg üçün 1836 manat ödənilməmiş hissə, 91.8 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, paltaryuyan LG üçün 1133.06 manat ödənilməmiş hissə, 56.65 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, paket L xidməti, İmei Kodu **********80425 X3 13 markalı telefon üçün 581.94 manat ödənilməmiş hissə, 29.10 manat dəbbə, ümumilikdə 6121.86 manat məbləğində borc və 81.22 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1937/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1937/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver