Məhkəmə qərarları › İş №e-2(036)-1970/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1970/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1970/2022 01.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1658.20 manat əsas borc, 164.80 manat cərimə, 38.23 manat dövlət rüsumu, cəmi 1861.23 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 21249083 nömrəli, xx.xx.2021-ci il tarixli 22295773 nömrəli, xx.xx.2021-ci il tarixli 22324181 nömrəli və xx.xx.2020-ci il tarixli 22006651 nömrəli Müqavilələrin surətlərinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 971.20 manat dəyərində “XİAOMİ POCO X3” , 742.80 manat dəyərində “XİAOMİ REDMİ NOTE 9 S” markalı mobil telefon, iki ədəd 235.20 manat dəyərində və 261 manat dəyərində “Mİ“ qulaqcıq nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 21249083 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 373 manat əsas borc, 37 manat cərimə, xx.xx.2021-ci il tarixli 22295773 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 848 manat əsas,84 manat cərimə xx.xx.2021-ci il tarixli 22324181 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 235.20 manat əsas borc, 23.80 manat cərimə və xx.xx.2020-ci il tarixli 22006651 nömrəli müqavilə üzrə 202 manat əsas borc, 20 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 1658.20 manat əsas borc, 164.80 manat cərimə və dövlət rüsumuna görə 38.23 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1658.20 (bir min altı yüz əlli səkkiz manat, iyirmi qəpik) manat əsas borc, 164.80 (bir yüz altmış dörd manat, səksən qəpik) manat cərimə və dövlət rüsumuna görə 38.23 (otuz səkkiz manat, iyirmi üç qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar