Məhkəmə qərarları › İş №e-2(036)-1992/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1992/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1992/2023 02.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və Zamin qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 2260.00 manat əsas borc, 0.40 qəpik xidmət haqqı, 4.40 qəpik məktub pulu və ödənilmiş dövlət rüsumuna görə 42.60 manat, cəmi 2307 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 11 mart 2023-cü il tarixli Borc müqaviləsinə əsasən Cavabdeh və Zamin həmin tarixdə İddiaçı 1230.00 manat dəyərində LG F2M5HS6S markalı paltaryuyan nisyə almış və 75 manat ilkin ödəniş etdikdən sonra qalan 1155 manatı hər ay 77 manat ödəməklə 15 ay müddətində ödəyib qurtarması barədə öhdəlik götürmüşdür. İşdə olan 11 mart 2023-cü il tarixli Borc müqaviləsinə əsasən Cavabdeh və Zamin həmin tarixdə İddiaçı 1170.00 manat dəyərində “Regal 379 İNOX” markalı soyuducu nisyə almış və 70 manat ilkin ödəniş etdikdən sonra qalan 1100 manatı hər ay 70 manat ödəməklə 15 ay müddətində ödəyib qurtarması barədə öhdəlik götürmüşdür. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən 11 mart 2023-cü il tarixli Borc müqaviləsi üzrə öhdəliyin borc alan tərəfindən tamamilə icra olunması müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh və Zamin 2260 manat əsas borc, 0.40 qəpik xidmət haqqı , 4.40 manat məktub pulu və ödənilmiş dövlət rüsumuna görə 42.60 manat pul alınıb İddiaçı hesabına keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və Zamin 2260.00 (iki min iki yüz altmış) manat əsas borc, 0.40 (qırx qəpik) qəpik xidmət haqqı, 4.40 (dörd manat, qırx qəpik) məktub pulu və ödənilmiş dövlət rüsumuna görə 42.60 (qırx iki manat, altmış qəpik) manat pul alınıb İddiaçı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar